Zorakılıq və təhrikçilik

Siyasətin təfərrüatları

DƏYİŞİKLİK JURNALI
Siyasətin Əsaslandırılması
Məqsədimiz platformalarımızda paylaşılmış məzmunla əlaqədar olaraq oflayn potensial zorakılığın qarşısını almaqdır. Başa düşürük ki, insanlar çox vaxt nifrət və narazılıqlarını kimisə qeyri-ciddi və adi şəkildə hədələmək və ya zorakılığa çağırmaqla ifadə edirlər, lakin ciddi zorakılığa çağıran və ya buna təhrik edən, ictimai və ya şəxsi təhlükəsizliyə əsaslı təhdid ehtiva edən məzmunu silirik. Bu cür zorakı məzmunlu nitqə müdafiə edilən xüsusiyyətlərinə və ya immiqrasiya statusuna görə insan və ya insanlar qrupuna qarşı paylaşılmış məzmun daxildir. Real fiziki zərər riskinin və ya ictimai təhlükəsizliyə qarşı birbaşa təhdidin mövcud olduğunu hesab etdikdə məzmunu silir, hesabları deaktiv edir və hüquq-mühafizə orqanlarına məlumat veririk. Biz eyni zamanda təsadüfi və ya məlumatlılığı artıran bəyanatları ictimai və ya şəxsi təhlükəsizlik üçün real risk yaradan məzmundan fərqləndirmək üçün ifadə tərzi və məzmunu nəzərə almağa çalışırıq. Təhlükənin reallığını qiymətləndirərkən paylaşım edən insanın nə dərəcədə məşhur olması və onun fiziki təhlükəsizliyi üçün riskin nə dərəcədə real olması kimi əlavə məlumatları da nəzərə ala bilərik.
Bəzi hallarda terrorçulara və digər zorakılıq törədən insanlara qarşı həvəsləndirici və ya şərti zorakılıq təhdidləri (məsələn, "Terrorçular ölümə layiqdir", "Ümid edirəm ki, onlar terrorçuları öldürəcəklər"), o cümlədən bu zorakılığın həyata keçiriləcəyinə dair ümidin ifadə edilməsini nəzərdən keçiririk. Əksi haqqında konkret sübut olmadıqda onları diqqətəlayiq hesab etmirik.
Aşağıdakıları silirik:
Biz fərqli hədəflərə yönəlmiş zorakılıq təhdidlərini silirik. Zorakılıq təhdidləri hədəfə qarşı zorakılıq törədilməsi niyyəti, istəyi və ya çağırışını ifadə edən bəyanat və ya vizual obrazlardır. Təhdidlər zorakılıq törətmək niyyətini ifadə edən və ya bunu dəstəkləyən bəyanatlar, çağırışlar, həvəsləndirici və şərti bəyanatlar kimi fərqli formalarda ifadə edilə bilər.
Təhdidlər məlumatlılığın artırılması və ya qınamaq məqsədilə paylaşılanda, təmas idman növlərində daha yüngül təhdidlər ediləndə, yaxud müəyyən təhdidlər zorakılıqla məşğul olan subyektlərə, məs., terrorist qruplarına hədəflənəndə onları qadağan etmirik.
Hər kəs üçün universal müdafiə
Hər kəs aşağıdakı təhdidlərdən qorunur:
  • Ölümə (və ya digər ağır dərəcəli zorakılıq formalarına) səbəb ola biləcək zorakılıq təhdidləri
  • Ciddi xəsarətə (orta dərəcəli zorakılığa) səbəb ola biləcək zorakılıq təhdidləri. İctimai xadimlərə və qrupların qorunmayan xüsusiyyətlərinə yönəlmiş təhdidlər inam doğurduğu halda, digər hədəflərə (o cümlədən qrupların qorunan xüsusiyyətlərinə) yönəlmiş təhdidlər isə mötəbərliyindən asılı olmayaraq silinir.
  • Məzmunun günahını təmizləmək, özünü müdafiə etmək, təmas idman növləri kontekstində paylaşıldığı (orta və ya daha aşağı dərəcəli zorakılıq) və ya zorakılığın hüquq-mühafizə orqanları, hərbi qüvvələr və ya dövlət təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən törədildiyi hallar istisna olmaqla, ağır və ya orta dərəcəli zorakılığın törədilməsinin etiraf edilməsi (yazılı və ya şifahi formada, yaxud zorakılığı törədən şəxs və ya onunla əlbir şəxs tərəfindən əyani şəkildə).
  • Məzmunun kömək istəmək üçün qurban və ya onun ailəsi tərəfindən, yaxud məlumatlandırmaq, qınamaq və ya məlumatlılığı artırmaq məqsədilə paylaşılmadığı aydındırsa, insanların oğurlanması və ya qaçırılmasının təhdid və ya təsvir edilməsi
Yetkinlik yaşına çatmış fərdi şəxslər, bütün uşaqlar, yüksək risk altında olan insanlar və qorunan xüsusiyyətlərə malik insanlar və ya qruplar üçün əlavə müdafiə:
Hər kəs üçün universal müdafiə tədbirlərinə əlavə olaraq, bütün yetkinlik yaşına çatmış fərdi şəxslər (özləri şikayət etdiyi halda), uşaqlar və qorunan xüsusiyyətlərinə görə təhdid hədəfinə çevrilən insanlar və ya insan qrupları aşağı dərəcəli zorakılıq təhdidlərindən müdafiə olunur.
Digər zorakılıq
Yuxarıda sadalanmış müdafiə tədbirlərinə əlavə olaraq, aşağıdakıları silirik:
  • Ağır dərəcəli zorakılıq (məsələn, muzdlu qatil, killer, qadın cinsi orqanlarının kəsilməsi) ehtiva edən xidmətləri istəyən, təklif edən və ya təklif edilməsini etiraf edən və ya belə xidmətlərdən istifadə edilməsini müdafiə edən məzmun
  • İnsanlara ciddi xəsarət vermək və ya onları öldürmək məqsədini aşkar şəkildə göstərən ifadələrdən istifadə edildiyi halda silahların hazırlanması və ya istifadə edilməsi haqqında təlimatlar, yaxud əyləncə xarakterli özünümüdafiə, hərbi qüvvələrin təlim keçməsi, kommersiya videooyunları, yaxud xəbər reportajları (Səhifə tərəfindən və ya xəbər agentliyinin loqosu ilə paylaşılmış) kontekstindən kənarda yekun nəticəni göstərən və ya imitasiya edən təsvirlər
  • Məzmunun zorakı məqsəd daşımadığını (məsələn, kommersiya videooyunları, aydın elm/təhsil məqsədləri, atəşfəşanlıq, yaxud balıqçılıq) göstərən aydın kontekst olmadığı halda partlayıcı maddələrin hazırlanması və ya istifadə edilməsi haqqında təlimatlar
  • İbadət yerləri, təhsil müəssisələri, seçki əraziləri, yaxud səsləri saymaq və ya seçki keçirmək üçün istifadə edilən yerlər kimi məkanlara, yaxud zorakılıq riskinin artması haqqında bildirişlərin gəldiyi məkanlara silah gətirmək və ya aparmaq, yaxud qeyd edilən məkanlara zorla daxil olmaq haqqında təhdidlər.
  • Hədəf olmasa belə, səsvermə, seçicilərin qeydiyyatı, yaxud seçkilərin keçirilməsi və ya səslərin sayılması ilə əlaqədar zorakılıq təhdidləri.
  • Yaxın adam tərəfindən törədilən zorakılıq və ya namus cinayətləri kimi gender əsaslı zorakılığın təriflənməsi
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
Aşağıdakıları silirik:
  • İctimai xadim kimi statusdan və ya təhdidin mötəbərliyindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və ya seçki rəsmilərinə qarşı təhdidlər.
  • Aşağıdakı siyahıda təhdid siqnalı və kontekstual siqnalın kombinasiyası ilə göstərildiyi kimi zorakılıq törədilməsi üsulunun aydın şəkildə ifadə edilmədiyi, lakin gizli və ya üstüörtülü təhdidin olduğu kodlaşdırılmış bəyanlar.
    • Təhdid: Aşağıdakılardan birini ehtiva edən kodlaşdırılmış bəyan:
      • Cavab olaraq paylaşılmış məzmun (məsələn, real, fərz edilən və ya gözlənilən narazılıq və ya təhdidə cavab olaraq başqalarına qarşı zorakılıq tətbiq etmək arzusunun ifadə edilməsi)
      • Tarixi və ya bədii zorakılıq hallarına istinad edilməsi (məsələn, tarix boyunca və ya bədii ədəbiyyatda törədilmiş zorakılıq hallarını yada salaraq başqalarını təhdid edən məzmun)
      • Təhdidedici çağırışların olması (məsələn, başqalarını zorakı hərəkətlər etməyə və ya zorakı hərəkətlərin yerinə yetirilməsinə qoşulmağa dəvət edən və ya həvəsləndirən məzmun)
      • Başqalarını zorakılığa məruz qoya biləcək məxfi məlumatlara sahib olmağın göstərilməsi və ya bu məlumatların paylaşılması (məsələn, zorakılıq təhdidini daha inandırıcı edə biləcək şəxsi məlumata sahib olmağı qeyd edən və ya nəzərdə tutan məzmun. Buraya şəxsin yaşayış ünvanı, işlədiyi və ya təhsil aldığı yer, gündəlik hərəkət marşrutu və ya hazırda olduğu yerin məlum olması haqqında eyhamlar da daxildir)
    • Kontekst
      • Müvafiq bəyanatın labüd zorakılığa səbəb olmasının yerli kontekstin və ya təcrübənin qiymətləndirilməsi ilə təsdiq olunması.
      • Məzmunun hədəf auditoriyası və ya səlahiyyətli nümayəndənin bizə məzmundan şikayət etməsi.
      • Hədəf uşaqdır.
  • İbadət yerləri, təhsil müəssisələri, seçki əraziləri, yaxud səsləri saymaq və ya seçki keçirmək üçün istifadə edilən yerlər kimi məkanlara, yaxud zorakılıq riskinin artması haqqında bildirişlərin gəldiyi məkanlara silah gətirmək (yaxud başqalarını bunu etməyə həvəsləndirmək) haqqında aşkar təhdidlər.
  • Məzmunun zorakılıq təhdidlərini (məs., məkana silah gətirilməsi və ya aparılması haqqında təhdidlər, silahların təsviri, yanğın, oğurluq, vandalizm haqqında qeydlər) ehtiva etməsi haqqında məlumatlarla bir araya gəldikdə seçkilərlə əlaqədar korrupsiya, hüquq pozuntuları və ya qərəz haqqında iddialar və ya mülahizələr, o cümlədən aşağıdakılar:
    • Fiziki şəxslərin hədəflənməsi
    • Konkret məkanın (ştat və ya daha kiçik ərazi vahidi) hədəflənməsi
    • Hədəfin aşkar şəkildə göstərilməməsi
  • Məzmunun zorakılıq təhdidlərini (məs., məkana silah gətirilməsi və ya aparılması haqqında təhdidlər, silahların təsviri, yanğın, oğurluq, vandalizm haqqında qeydlər) ehtiva etməsi haqqında məlumatlarla bir araya gəldikdə seçkilərlə əlaqədar toplantı və ya tədbirlərə istinadlar.
  • Aşağıdakı meyarlara cavab verildikdə özünün və ya başqa bir insanın müdafiəsi üçün yüksək və ya orta dərəcəli zorakılıq təhdidləri.
    • İnsana qarşı (üz və ya adı əsasında müəyyənləşdirilə bilən, müdafiə edilən xüsusiyyətlərinə görə hədəf alına insanlar və uşaqlar)
    • Cavablandırılmış zorakılıq və ya birbaşa təhdid hesab edilən evə daxilolma və ya insanlar arasında zorakılıq kontekstində
    • Səsə potensial təsir qəfil zorakılıq riskinə üstün gəlir
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Mobil data
İcma standartlarının tətbiq edilməsi haqqında ən son hesabata baxın
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Zorakılıq və təhrikçiliklə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun