Yetkinlik yaşına çatmış şəxslərin seksual qısnanması və seksual məzmunlu danışıq

Siyasətin təfərrüatları

DƏYİŞİKLİK JURNALI
Siyasətin Əsaslandırılması
Yetkinlik yaşına çatmış şəxslərin cinsi istismarı ilə bağlı siyasətdə qeyd edildiyi kimi insanlar xidmətlərimizdən seksual zorakılıq və istismar hallarını müzakirə etmək və bu problemə diqqət çəkmək üçün istifadə edir. Bu müzakirənin vacibliyini dərk edirik və icazə veririk. Seks işçilərinin hüquqlarının müdafiə edilməsi və seks sənayesinin tənzimlənməsinin müzakirəsinə də icazə veririk. Bununla belə, yetkinlik yaşına çatmış insanlar arasında cinsi əlaqəni və ya seksual xarakterli kommersiya xidmətlərini asanlaşdıran və ya pornoqrafik və ya seksual xarakterli məzmun istəyən, yaxud təklif edən məzmunun paylaşılmasına icazə vermirik. Bu zaman məqsədimiz insan alveri, insanların zorakı yolla məcbur edilməsi və razılıqsız cinsi əlaqələrlə bağlı ola biləcək sövdələşmələrin qarşısını almaqdır.
Qlobal icmamıza daxil olan bəzi auditoriyalar belə məzmuna qarşı həssas ola biləcəyindən və bu, insanların dostları və icmamızla əlaqə qurmaq imkanına mane ola biləcəyindən seksual qısnamaya səbəb ola biləcək seksual məzmunlu danışığı da məhdudlaşdırırıq.
Aşağıdakılara icazə vermirik:
Pul və ya dəyərli bir şey müqabilində cinsi fəaliyyətlər üçün özünü təklif etmək və ya bunu istəmək kimi xarakterizə edilən fahişəlik təklifi, istəyi və ya bununla bağlı metod təminatı ilə bağlı məzmun, məsələn:
  • Cinsi əlaqə təklif və ya tələb etmək (məsələn, eskort xidmətləri, seksual/erotik mesajlar, sekslə bağlı söhbətlər/yazışmalar, fetiş/dominantlıq xidmətləri)
  • Mövcudluq, qiymət, pul və ya dəyərli əşyanın tranzaksiyası ilə bağlı işarə, məkan, yaxud əlaqə məlumatlarını istəmək və ya təklif etməklə birlikdə fahişəliklə bağlı jarqon ifadələrindən istifadə etmək
  • Qiymət və ya pul, yaxud dəyərli əşyanın tranzaksiyası ilə bağlı siqnalla birlikdə seksual qısnama ilə məşğul olmaq
  • Qiymət və ya pul, yaxud pul və ya natura dəyəri olan əşyanın tranzaksiyası ilə intim görüşləri və ya partnyorları təsvir etmək və ya adını çəkmək.
  • Digər insanların üçüncü şəxslərin seksual xarakterli kommersiya fəaliyyətinə cəlb edildiyi və ya bunun təklif edildiyi hallar İnsan istismarı siyasəti çərçivəsində nəzərdən keçirilir.
Aşağıdakılar kimi intim görüşlər təklif etmək, istəmək və ya intim görüşlər üçün əlaqə metodları təmin etməklə məşğul olan məzmun:
  • Cinsi əlaqə və ya simulyasiya
  • Oral cinsi əlaqə
  • Cinsi fetişizm
  • Seks mövzusunda söhbət və ya yazışmalar
  • Seksual və ya erotik masajlar
  • Erotik rəqs və ya soyunma
  • Çılpaq təsvirlərin paylaşılması (məsələn, çılpaq görüntülər, seks videoları)
Başqalarından pornoqrafik material əldə etmək istəyən, təklif edən və ya bunun üçün əlaqə yaratmaq metodları təmin edən, pornoqrafik veb-saytlarda istifadəçi adları və ya keçidlər ehtiva edən məzmun.
Aşağıdakılar haqqında aydın və ya qrafik detallardan istifadə edən seksual məzmunlu danışıq:
  • Cinsi orqanlar,
  • Cinsi ehtiraslanma (məs., qadında və ya kişidə)
  • İntim görüşlər
  • Yuxarıdakılar yumor, satira kontekstində və ya söyüş kimi paylaşılmış məzmuna daxil deyil
Bu siyasətlə əhatə olunan məzmunun qınama, təhsil, məlumatlılığın artırılması və ya xəbər reportajı kontekstində paylaşılmasına icazə veririk. Həmçinin siyasət daxilində cinsi təcrübələrin müzakirəsini qadağan etmirik. Bununla belə, azyaşlılar üçün yaşauyğun təcrübəni asanlaşdırmaq məqsədilə Sağlamlıq və rifah siyasətinə uyğun olaraq, bu, yaşı 18-dən yuxarı yetkin şəxslər çərçivəsində məhdudlaşdırıla bilər.
Aşağıdakı məzmuna baxış imkanını yetkinlik yaşına çatmış və 18 yaşı tamam olmuş şəxslərlə məhdudlaşdırırıq:
  • Cinsi praktika və ya təcrübələri müzakirə edən məzmun
  • Yetkinlik yaşına çatmış şəxslərin abunə olduğu veb-saytların istifadəçi adı, keçidi və ya loqolarını ehtiva edən məzmun
  • Seksual məzmunlu metaforalar daxil olmaqla, yumorlu və satirik kontekstdə seksual xarakterli danışıq
  • İntim görüşlərə istinad edən seksual xarakterli danışıq
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
  • Müəyyən hallarda İcma standartlarını poza biləcək məzmun satirik xarakter daşıdıqda onun paylaşılmasına icazə veririk. Məzmunun İcma standartlarını pozan elementləri satira predmeti olduqda və ya bu elementlərin istehza etmək və ya tənqid etmək məqsədilə başqasına aid olduğu göstərildikdə belə məzmuna icazə verilir.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Yetkinlik yaşına çatmış şəxslərin seksual qısnanması və seksual məzmunlu danışıqla bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun