Məhdudiyyət qoyulmuş məhsul və xidmətlər
Siyasətin təfərrüatları
DƏYİŞİKLİK JURNALI
Bu gün
22 İyul 2025
14 May 2025
27 Fev 2025
26 Fev 2025
26 İyun 2024
30 Noyabr 2023
27 İyul 2023
27 Apr 2023
22 Dekabr 2022
27 Okt 2022
23 Dekabr 2021
24 Noyabr 2021
30 Sent 2021
26 Avq 2021
29 İyul 2021
28 yanvar 2021
24 Sent 2020
30 İyul 2020
22 İyun 2020
30 Apr 2020
30 Noyabr 2019
10 Okt 2019
24 Sent 2019
3 Sent 2019
30 İyul 2019
24 İyul 2019
1 İyul 2019
26 Apr 2019
20 Mart 2019
30 Noyabr 2018
31 Avq 2018
Siyasətin Əsaslandırılması
Təhlükəsizliyi təşviq etmək və potensial zərərli fəaliyyətlərə mane olmaq məqsədilə fərdlər, istehsalçılar və pərakəndə satıcıların müəyyən məhsul və xidmətləri platformamızda satın almaları, satmaları, çəkilişlə təklif etmələri, ötürmələri, hədiyyə və ya mübadilə etmələrinə icazə vermirik. Biz aşağıdakı siyasətlərimiz çərçivəsində narkotik maddələrdən sui-istifadə edilməsinə səbəb ola biləcək hər hansı narkotik maddələrin mübadiləsi və ya satışını qəbul etmirik. Faktiki ünvanda fəaliyyət göstərən və onlayn pərakəndə satıcılar xidmətlərimiz vasitəsilə odlu silahları, spirtli içkiləri və tütün məmulatlarını satış məqsədilə təşviq edə bilərlər, lakin bu məzmunun yetkinlik yaşına çatmamış şəxslərə göstərilməsinə məhdudiyyət tətbiq edəcəyik. Bu malların mağazalarda və ya onlayn pərakəndə satıcılar tərəfindən satışı, bu siyasətdə əhatə olunan məhsul və xidmətlərin satışının tənzimlənməsinə dəyişikliklərin müdafiə edilməsi və fiziki, yaxud əqli sağlamlıqla bağlı yan təsirləri daxil olmaqla tibbi müalicə kontekstində əczaçılıq preparatlarının istifadəsinin müdafiə edilməsi haqqında və ya onunla bağlı müzakirələrə icazə veririk.
Məhdudlaşdırılmış mal və xidmətlər aşağıdakı kateqoriyalardan ibarətdir:
- Dərman və əczaçılıq məhsulları
- Silahlar, döyüş sursatları və ya partlayıcı maddələr
- Tütün və əlaqədar məhsullar
- Spirtli içki
- Sağlamlıq və rifah
- Onlayn qumar oyunları və digər oyunlar
- Nəsli kəsilməkdə və mühafizə altında olan (vəhşi təbiət və bitkilər)
- Tarixi artifaktlar
- Təhlükəli mal və materiallar
- Bədən üzvləri və bioloji mayelər
Hər bir kateqoriya aşağıda təfsilatlı verilir.
Dərman və əczaçılıq məhsulları
Aşağıdakılara icazə vermirik:
Yüksəkriskli narkotik maddələr (yüksək sui-istifadə, asılılıq potensialı olan və ya yüksək doza daxil olmaqla ciddi sağlamlıq riskləri ilə əlaqəli narkotik maddələr, məsələn kokain, fentanil, heroin).
Aşağıdakı məzmun:
- Tibbi təyinatı olmayan narkotik vasitələri almaq, satmaq, mübadilə etmək, mübadiləsini təşkil etmək, ianə, hədiyyə etmək və ya istəmək cəhdləri.
- Məzmunu paylaşan şəxsin özü tərəfindən və ya başqalarının köməyi ilə yüksəkriskli narkotik vasitələrin alındığı, mübadilə edildiyi və ya mübadiləsinin təşkil edildiyinin etiraf edilməsi.
- Reabilitasiya, müalicə və ya istifadə ilə mübarizə üçün başqa yardıma istinad edilmədən və ya bunların əhəmiyyəti təsdiq edilmədən qeyd edilən narkotik maddələrdən istifadənin etiraf edilməsi. Bu məzmunda yüksəkriskli narkotik vasitələr haqqında müsbət yöndə danışıla, onların istifadəsi təşviq edilə, hazırlanması və ya istifadəsi təşkil edilə və ya bununla bağlı təlimatlar verilə bilməz.
- Yüksəkriskli narkotik vasitələrin istifadəsinin təşkil və ya təşviq edilməsi (bununla tibbi təyinatı olmayan narkotik vasitələrdən istifadənin təşviq edilməsini və ya hazırlanması və istifadəsi üçün təlimatların verilməsini və bu mövzudan müsbət tonlarda bəhs edilməsini nəzərdə tuturuq).
- Qeyd: yüksək riskli narkotik vasitələrin leqallaşdırılmasının müzakirə və ya müdafiə edilməsi, yaxud onların elmi və ya tibbi faydalarının müzakirə edilməsinə icazə verilir. Buraya xəbərlər və ictimai xidmət elanları daxildir.
Tibbi təyinatı olmayan narkotik vasitələr (nəzərdə tutulmuş tibbi məqsədlə istifadə olunmayan, yaxud zövq almaq məqsədilə istifadə olunan dərman preparatları və ya maddələr - bu maddələrə bu preparatların istehsalı üçün istifadə olunan prekursorlar və ya kimyəvi maddələr daxildir).
Aşağıdakı məzmun:
- Tibbi təyinatı olmayan narkotik vasitələri almaq, satmaq, mübadilə etmək, mübadiləsini təşkil etmək, ianə, hədiyyə etmək və ya istəmək cəhdləri;
- Məzmunu paylaşan şəxsin özü tərəfindən və ya başqalarının köməyi ilə tibbi təyinatı olmayan narkotik vasitələrin alındığı, mübadilə edildiyi və ya mübadiləsinin təşkil edildiyinin etiraf edilməsi;
- Reabilitasiya, müalicə və ya istifadə ilə mübarizə üçün başqa yardıma istinad edilmədən və ya bunların əhəmiyyəti təsdiq edilmədən qeyd edilən narkotik maddələrdən istifadənin etiraf edilməsi. Bu məzmunda tibbi təyinatı olmayan narkotik vasitələr haqqında müsbət yöndə danışıla, onların istifadəsi təşviq edilə, hazırlanması və ya istifadəsi təşkil edilə və ya bununla bağlı təlimatlar verilə bilməz;
- Tibbi təyinatı olmayan narkotik vasitələrin istifadəsinin təşkil və ya təşviq edilməsi (bununla tibbi təyinatı olmayan narkotik vasitələrdən istifadənin təşviq edilməsini və ya hazırlanması və istifadəsi üçün təlimatların verilməsini və bu mövzudan müsbət tonlarda bəhs edilməsini nəzərdə tuturuq).
- Tibbi təyinatı olmayan narkotik vasitələrlə əlaqədar malları satmağa və ya təşviq etməyə cəhd göstərilməsi.
- Tibbi təyinatı olmayan narkotik vasitələri təsvir edən mal ehtiva edən.
Resept əsasında buraxılan dərman vasitələri (resept tələb olunan və ya idarə edilməsi üçün tibb işçisi tələb olunan dərman vasitələri)
Aşağıdakı məzmun:
- Aşağıdakı hallar istisna olmaqla, resept əsasında buraxılan dərman vasitələrini almaq, satmaq və ya mübadilə etmək cəhdləri:
- 18 yaşı tamam olmuş böyüklərlə məhdudlaşdırıldığı halda bariz məlumatlandırma və müzakirə kontekstində peyvənd qiymətlərinin göstərilməsi.
- 18 yaşı tamam olmuş böyüklərlə məhdudlaşdırıldığı halda səhiyyə sahəsində qanuni fəaliyyət göstərən e-ticarət şirkəti tərəfindən paylaşıldıqda çatdırılma təklif edilməsi. Bu məzmun lisenziyalı səhiyyə işçiləri ilə məsləhətləşmək və etibarlı resept əldə etməklə bağlı cavabdehlikdən imtina ehtiva etməlidir.
- İqtisadi, səhiyyə, sosial məsələlər və ya təbii fəlakət böhran tədbirləri istisna olmaqla, resept əsasında buraxılan dərman vasitələrini ianə və ya hədiyyə vermək.
- Tibbi kontekstdə əczaçılıq preparatlarının qiymətinin münasibliyi, əlçatanlığı və ya effektivliyini müzakirə edən məzmun istisna olmaqla, reseptlə buraxılan preparatlarının istənilməsi.
- Qeyd: resept əsasında buraxılan narkotik vasitələrin leqallaşdırılmasının müzakirə və ya müdafiə edilməsi, yaxud onların elmi və ya tibbi faydalarının müzakirə edilməsinə icazə verilir. Buraya xəbərlər və ictimai xidmət elanları daxildir.
Enteogenlər
- Enteogenlər almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya enteogenlərin xahiş edildiyi məzmun.
- Qeyd: enteogenlərin leqallaşdırılmasının müzakirə və ya müdafiə edilməsi, yaxud onların elmi və ya tibbi faydalarının müzakirə edilməsinə icazə verilir.
Həşiş və onun əsasında hazırlanan məhsullar
- Marixuana və THC və ya əlaqədar psixoaktiv komponentlər ehtiva edən məhsullar almağa, satmağa, ticarətini icra etməyə, ianə və ya hədiyyə verməyə və ya istəməyə cəhd edən məzmun.
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
Enteogenlər
- Enteogenlərin şəxsən istifadə edildiyinin etiraf olunduğu, onlardan istifadənin təşkil, təşviq (bu mövzudan müsbət tonlarda bəhs edilməsini nəzərdə tuturuq) və ya müdafiə edildiyi məzmun.
- Yuxarıda qeyd edilənlərdən hər hansının bədii və ya sənədli əsər kontekstində baş verdiyi hallar istisna təşkil edir.
Həşiş və onun əsasında hazırlanan məhsullar
- Marixuana və THC və ya əlaqədar psixoaktiv komponentlər ehtiva edən məhsulları təşkil və ya təşviq edən məzmin (bununla onlardan istifadə, yaxud onlardan məhsulların hazırlanması üçün təlimatların verilməsi, bu mövzudan müsbət tonlarda bəhs edilməsini nəzərdə tuturuq).
- Marixuana və tərkibində THC və ya əlaqədar psixoaktiv komponentlər olan məhsullar almağa, satmağa və ya onların ticarətini icra etməyə cəhd göstərilmədiyi halda, dövlət tərəfindən nəzarət olunan marixuana satış nöqtələri tərəfindən paylaşılan bizneslə əlaqədar məzmun.
- Udulabilən həşiş (CBD) və ya oxşar həşiş tərkibli məhsulları almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya onları başqalarından istəyən məzmun.
- Udulmayan həşiş (CBD) və ya oxşar həşiş tərkibli məhsulları almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya onları başqalarından istəyən məzmun.
- Udulmayan həşiş (CBD) və ya oxşar həşişə tərkibli məhsullarla əlaqədar xəstəlik iddiaları irəli sürən məzmun.
- Marixuana ilə əlaqədar məhsulları təsvir edən məzmun.
Resept əsasında buraxılan dərman vasitələri
- Səhiyyə sahəsində qanuni fəaliyyət göstərən e-ticarət şirkəti tərəfindən paylaşılması daxil olmaqla, istənilən kontekstdə Resept əsasında buraxılan dərman vasitələrini almağa, satmağa və ya ticarətini icra etməyə cəhd göstərən məzmun.
- Reseptsiz satılan dərman preparatlarını almaq, satmaq, mübadilə, ianə, hədiyyə etmək və ya istəmək məqsədi daşıyan məzmun.
- Resept əsasında buraxılan dərman vasitələrinin qəbulu və ya istehlakını ehtiva edən məzmun.
Silahlar, döyüş sursatları və ya partlayıcı maddələr
Aşağıdakılara icazə vermirik:
Aşağıdakı məzmun:
- Aşağıdakılar istisna olmaqla, odlu silahlar, onların hissələri, sursatlar, partlayıcı maddələr və ya silahların ölümcül modifikasiyalarını ianə və ya hədiyyə etmək cəhdləri:
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar, brendlər və ya hökumət agentliklərini (məs., polis bölməsi, yanğınsöndürmə idarəsi) təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən paylaşılan, görünmə dərəcəsi yaşı 21 və daha çox olan böyüklər üçün məhdudlaşdırılmış məzmun.
- Aşağıdakı kontekstdə paylaşılan məzmun istisna olmaqla, odlu silahlar, onların hissələri, sursatlar, partlayıcı maddələr və ya silahların ölümcül modifikasiyalarını ianə və ya hədiyyə etmək cəhdləri:
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar, brendlər və ya dövlət agentliklərini təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən odlu silahların və sursatların ianə, mübadilə edilməsi və ya geri alınmasını ehtiva edən, görünmə dərəcəsi yaşı 21 və daha çox olan böyüklər üçün məhdudlaşdırılmış məzmun.
- Fiziki ünvanı olan hüquqi şəxslər, o cümlədən pərakəndə satış biznesləri, dövlətlə əlaqəli təşkilatlar və ya qeyri-kommersiya təşkilatları, yaxud fiziki ünvanı olan hüquqi şəxslərlə əlaqəsi olan və ya onların sponsorluq etdiyi fərdi şəxslər tərəfindən hərrac və ya lotoreya ehtiva edən, görünmə dərəcəsi yaşı 21 və daha çox olan böyüklər üçün məhdudlaşdırılmış məzmun.
- Odlu silah, odlu silah hissələri, sursat, partlayıcı maddə və ya silahların ölümcül modifikasiyalarının istənilməsi.
- Kontekstdən və ya paylaşandan asılı olmayaraq, odlu silah və ya onun hissələrinin 3D çap və ya kompüter vasitəsilə istehsalı təlimatlarının satışı, hədiyyə edilməsi, ötürülməsi, koordinasiyası, təlimatlardan müsbət tonlarda bəhs edilməsini və istifadəsinin təşviqi və ya təmin edilməsinə cəhd edilməsi.
- Yarıavtomatik pulemyotların avtomatikləşdirilməsi cihazlarını almaq, satmaq, mübadilə etmək, ianə vermək, hədiyyə vermək, istəmək və ya sahibliyini qəbul etmək cəhdləri.
Aşağıdakı məzmunu 21 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
Silahlar, döyüş sursatları və ya partlayıcı maddələr
- Odlu silahlar, onların hissələri, sursatlar, partlayıcı maddə və ya silahların ölümcül modifikasiyalarını almaq, satmaq, mübadilə, ianə, hədiyyə etmək və ya istəmək (o cümlədən hərrac və ya lotoreya kontekstində) məqsədilə fiziki ünvanı olan qanuni mağazalar və ya qurumlar, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar, brendlər və ya dövlət agentlikləri tərəfindən paylaşılan və ya bunları təşviq edən məzmun.
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
Kəsici alətlər və digər silahlar:
- Kəsici alətlər və digər silahları (məs, gözyaşardıcı qaz, beşbarmaq) almaq, satmaq, ticarətini həyata keçirmək, əlaqələndirmək, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya onları başqalarından istəyən məzmun.
- Odlu silah, odlu silah hissələri, sursat, partlayıcı maddə, silahların ölümcül modifikasiyaları və ya kəsici alətlər haqqında məhsul dəyərləndirilməsində müsbət notlarla bəhs edən, onlardan istifadəyə dair təlimat təmin edən və ya onların istifadəsini təşviq edən məzmun
- Silahların ölümcül olmayan modifikasiya aksesuarlarını satan, təklif edən və təşviq edən
Tütün və əlaqədar məhsullar
Aşağıdakılara icazə vermirik:
Aşağıdakı məzmun:
- Tütün/nikotin ilə əlaqəli məhsullar və ya siqaret çəkməyi stimullaşdıran məhsullar o cümlədən bütün növ "ENDS" (Elektron nikotin ötürmə sistemləri) (məs., elektron siqaretlər, veyplər və nikotinsiz veyplər) məhsullarını almaq, satmaq və ta mübadilə etmək cəhdi.
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendləri təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən paylaşılan məzmun, o cümlədən çatdırılma xidməti təklifi və brend hədiyyə yarışları istisna olmaqla.
- Tütün/nikotin məhsulları və ya "ENDS" məhsulları ianə və ya hədiyyə vermək cəhdləri.
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendləri təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən paylaşılan məzmun, o cümlədən çatdırılma xidməti təklifi və brend hədiyyə yarışları istisna olmaqla.
- Tütün/nikotin məhsulları və ya siqaret çəkməyi stimullaşdıran məhsullar, o cümlədən bütün növ "ENDS" məhsullarını (nikotinsiz veyplər) istəmək məqsədi daşıya məzmunlar.
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
- Spirtli içki və ya tütün məmulatlarını almağa, satmağa, mübadilə, ianə və ya hədiyyə etməyə çalışan fiziki ünvanı olan qanunu qurumlar, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendlər tərəfindən paylaşılan və ya bunları təşviq edən məzmun.
- Tütün, nikotin məhsulları və ya "ENDS" məhsullarının istehlakını təsvir edən məzmun.
- Tütün, nikotin məsulları, "ENDS" məhsulları və ya tütün brendlərinin istifadəsini əlaqələndirən və ya təşviq edən məzmun.
- Tütündən imtina məhsullarını təsvir edən məzmun
- Tütün, tütün malları və ya tütün brendlərinin istifadəsini müzakirə və ya təşviq edən məzmun
- Qeyri-bədii kontekstdə siqaret çəkməyi və ya tütün istehlakını təsvir edən media məzmunu
- Siqaret çəkilməsi ilə mübarizə kampaniyaları, siqaretdən asılılıq ilə bağlı konsultasiya xidmətlərini və reabilitasiya proqramları və ya PSA konteksti istisna olmaqla
Spirtli içki
Aşağıdakılara icazə vermirik:
Aşağıdakı məzmun:
- Aşağıdakı hallar istisna olmaqla, spirtli içki almaq, satmaq və ya mübadilə etmək cəhdləri:
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendləri təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən paylaşılan məzmun, o cümlədən çatdırılma xidməti təklifi və brend hədiyyə yarışları.
- Spirtli içkilərə istinad edən və ya spirtli içkinin tədbir, restoran, bar və ya qonaqlıqda mübadilə və ya istehlak edildiyi məkana dəvət təklif edən məzmun.
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendləri təmsil edən səhifə, qrup və ya Instagram profilinə, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslərə məxsus paylaşımlar istisna olmaqla, spirtli içki və ya tütün məmulatların ianə və ya hədiyyə edilməsi cəhdləri.
- Başqalarından spirtli içki məhsulları və ya içkilər istəmək məqsədi daşıyan məzmun.
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
- Spirtli içki məhsulları və ya içki almağa, satmağa, mübadilə, ianə və ya hədiyyə etməyə çalışan fiziki ünvanı olan qanuni qurumlar, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar və ya brendlər tərəfindən paylaşılan və ya bunları təşviq edən məzmun.
- Spirtli içki məhsullarının istehlakını və ya spirtli içkilərin reseptini təsvir edən məzmun.
- Spirtli içkilərə istinad edən və ya spirtli içkilərin mübadilə və ya istehlak edildiyi məkana dəvət təklif edən məzmun.
Sağlamlıq və rifah
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
Arıqlama və ya çəki artırma məhsulları və ya xidmətləri
Aşağıdakı məzmun:
- Arıqlama və ya çəki artırma məhsulları və ya xidmətlərini satın almaq, satmaq, mübadilə etmək, ianə vermək və ya hədiyyə etmək, adını çəkmək və ya başqalarından istəmək cəhdləri.
- Faydalı kontekstdə və ya əks-təsirlərini müzakirə edərək arıqlama və ya çəki artırma məhsullarından istifadəni etiraf etmək və ya təsvir etmək.
- Pəhriz məhsulu ilə bağlı təşkilatçılıq və ya təşviqatın nümayiş etdirilməsi (bununla, istifadənin təşviq edilməsini və ya hazırlanması və istifadəsi üçün təlimatların verilməsini və bu mövzuda müsbət fikir bildirilməsini nəzərdə tuturuq).
- Fiziki görünüşlə bağlı aşağılama ifadələri (mənfi xarakterli və şəxsin xarici görünüşünü, müəyyən bədən hissələrini və ya gigiyenasını hədəfə alan ifadələr, təsvirlər və ya suallar) və ya müəyyən bədən nahiyəsində dərialtı piy qatını təsvir edən yaxınlaşdırılmış görüntülər.
- Nəticələrin təkcə zinət əşyaları və ya tibbi yamaqlar kimi taxılan məhsullardan istifadə etməklə əldə edilə biləcəyi haqqında iddialar.
- Arıqlama və ya çəki artırma kontekstində klikbeyt taktikalarından istifadə, məsələn, şişirdilmiş və ya qabardılmış sağlamlıq iddiaları ilə gurultulu ifadə üslubu, yaxud məsuliyyətdən imtina və ya qeydlər olmadan müəyyən vaxt çərçivəsində xüsusi nəticələrin əldə ediləcəyinə dair vəd.
Aşağıdakı məzmun:
- Kosmetik məhsullar, prosedurlar və ya cərrahiyyə əməliyyatları almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək, adını çəkmək, başqalarından istəmək cəhdləri. Buna daxildir:
- Ağardıcı kremlər kimi dəri ağartma məhsulları.
- İnsanların üzə və bədənlərinin funksiya və ya strukturuna müdaxilə etməyə və ya onları bərpa etməyə yönələn kosmetik prosedurlar.
- Müsbət və ya mənfi təsirini, və ya əks təsirlərini vurğulayaraq kosmetik məhsul və ya cərrahiyə əməliyyatından istifadəni qəbul və ya təsvir etmək.
- Kosmetik prosedur və ya cərrahiyə əməliyyatının təşkil edilməsinin və ya təşviqatının nümayiş etdirilməsi (bununla, istifadənin təşviq edilməsini və ya istifadə və ya icra üçün təlimatların verilməsini və bu mövzuda müsbət fikirlərin bildirilməsini nəzərdə tuturuq).
- Fiziki görünüşlə bağlı aşağılama ifadələri (məs, mənfi xarakterli və şəxsin xarici görünüşünü, bədəninin müəyyən hissələrini və ya gigiyenasını hədəfə alan terminlər, təsvirlər və ya suallar)
Qeyd: Məşq üsullarının (Pilates kimi) və ya müvəqqəti kosmetika məhsullarının (makiyaj kimi) təşviqi bu siyasətlə əhatə olunmur.
Sağlamlıqla bağlı yanıldıcı təcrübələr
Böyüklər üçün cinsi istək oyadan məhsullar- Aşağıdakı sağalmaz xəstəliklərdən və/və ya ölümcül xəstəliklərdən (tam siyahı) hər hansı birini müalicə etmək, sağaltmaq və ya aradan qaldırmaqla bağlı iddialar (o cümlədən tibb mütəxəssislərinin və ya səhiyyə təşkilatlarının müraciətləri): Qeyd: Bu, bu xəstəliklərin əlamətlərinin müalicəsi və ya nəzarəti ilə bağlı iddialara şamil edilmir.
- Şəkərli diabet
- Herpes
- Tiroid
- Psoriaz
- Ebola
- Xərçəng
- Autizm
- Alzheimer
- Parkinson
- Amiotrofik Lateral Skleroz (ALS)
- İnsanın immunçatışmazlığı virusu (İİV)
- Sağlamlıqla bağlı kontekstdə klikbeyt taktikalarından istifadə, məsələn, şişirdilmiş və ya qabardılmış sağlamlıq iddiaları ilə gurultulu ifadə üslubu və ya məsuliyyətdən imtina və ya qeydlər olmadan müəyyən vaxt çərçivəsində sağlamlıqla bağlı konkret nəticələrin əldə ediləcəyinə dair vəd.
Aşağıdakı məzmun:
- İstər bədii, istərsə də qeyri-bədii kontekstdə böyüklər üçün əsas fokus sahəsinin insanın cinsi həzzini stimullaşdırmaq və ya ehtirasını artırmaq olan cinsi ehtiraslanma məhsullarını almaq, satmaq, təşviq və mübadilə etmək, ianə və hədiyyə vermək və ya başqalarından istəməyə cəhd etmək. Buna daxildir:
- Seks oyuncaqları
- Erotik məhsullar
- Qeyri-cərrahi cinsi orqan böyütmə məhsulları, məsələn, cinsi istəyi artıran və ya cinsi performansı yaxşılaşdıran məhsullar
- Əsas fokusu cinsi istəyi və ehtiraslanmanı stimullaşdırmaq olan məhsullar
- Aydın olmayan kontekstdə seks oyuncaqlarının təsviri
Aşağıdakı məzmun:
- Reproduktiv sağlamlıq və ya ümumi sağlamlıq məhsullarını satın almaq, satmaq, təşviq etmək, mübadilə etmək, ianə vermək, hədiyyə etmək və ya başqalarından istəmək cəhdləri. Buna daxildir:
- Tibbi faydaya deyil, cinsi həzzə fokuslandığı və kişi və qadın cinsi orqanlarını simvolizə edən əşyalar ehtiva etdiyi halda, reproduktiv sağlamlıq və ya ümumi sağlamlıq məhsulları
- Cinsi və reproduktiv pozğunluqların aradan qaldırılmasına xidmət edən vasitələr
- Cinsi orqanların kosmetik cərrahiyyəsi
- Yetkin şəxslərin cinsi orqanlarının cərrahiyyəsi
- Cinsi həzzə fokuslanan cinsi maarifləndirmə
- Hormon tərkibli məhsullar (məs., testosteron artırıcılar)
Aşağıdakı məzmun:
- Böyüklər üçün insanın cinsi həzzini stimullaşdıran və ya ehtirasını artıran cinsi ehtiraslanma məhsullarını almaq, satmaq, təşviq etmək və ya başqalarından istəməyə cəhd etmək. Buraya aşağıdakılar daxildir:
- Yetkin şəxslərin əyləncə biznesləri
- Yetkin şəxslərin müəssisələri
- Təlimat xarakterli cinsi xidmətlər
Onlayn qumar oyunları və digər oyunlar
Aşağıdakı məzmunu 18 yaşına çatmamış insanların görməməsi üçün məhdudiyyət tətbiq edirik:
Onlayn qumar oyunları və digər oyunlar
- Oynamaq üçün pul dəyəri olan nəyinsə tələb olunduğu və pul dəyəri olan (nağd pul və ya rəqəmsal/virtual valyutalar, məsələn, bitkoin daxil olmaqla) nəyinsə mükafatın bir hissəsini təşkil etdiyi hallarda onlayn oyun və qumar xidmətləri satmaq, mübadilə, təsvir və ya təşviq etmək məqsədi daşıyan məzmun. Bu kontekstdə cinsi istismara aşağıdakılar aid edilə bilər:
- Bacarıq oyunları, lotereyalar/pul lotereyaları, mərclər, idman mərcləri, kazino oyunları, şans oyunları və ya püşkatmalar/mükafat püşkatmaları.
- Məhdud sınaq müddəti təklif edən və daha sonra ödəniş tələb edən qumar oyunları.
- Pul qazanmaq və ya pulun dəyərini əldə etmək fürsəti verməyən oyun avtomatları kimi qumar oyunlarını stimullaşdıran sosial kazino oyunlarını satmağa, mübadilə, təsvir və təşviq etməyə cəhd edən məzmun. Buraya pul dəyəri olmayan "koinlər" qazanmaq fürsətini vurğulayan məzmun daxildir.
- Oynamaq üçün pul dəyərinin tələb olunmadığı, lakin pul qazanmaq və ya pul dəyərini əldə etmək fürsəti təmin edən qumar oyunlarını stimullaşdıran ödənişsiz oyunları satmaq, mübadilə etmək, təsvir etmək və ya təşviq etməyə cəhd edən məzmun.
Nəsli kəsilməkdə və mühafizə altında olan (vəhşi təbiət və bitkilər)
Aşağıdakılara icazə vermirik:
Aşağıdakı məzmun:
- Nəsli kəsilməkdə olan növləri və ya onların hissələrini və ya qorunan bitki növlərini almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək və ya istəmək cəhdləri.
- Nəsli kəsilməkdə olan növlərin və ya onların hissələrinin məzmunu paylaşan şəxsin özü və ya onunla əlbir olan şəxslər tərəfindən başqaları vasitəsilə qanunsuz ovlandığı, alındığı və ya mübadilə edildiyinin etiraf edilməsi və təşviq edilməsi. Kənar şəxslər tərəfindən qanunsuz ovun təsviri bura daxil deyil.
- Məzmunu paylaşan şəxsin özü və ya onunla əlbir olan şəxslər tərəfindən nəsli kəsilməkdə olan növün və ya onun bir hissəsinin qanunsuz ovunun təsvir edilməsi.
- Nəsli kəsilməkdə olan növlərin qanunsuz ovunun təşviq edilməsi və ya nəsli kəsilməkdə olan növlərdən və ya onların hissələrindən istifadə, yaxud onlardan məhsulların hazırlanması üçün təşkilatçılıq və ya təşviqatın nümayiş etdirilməsi (bununla bağlı təlimatların verilməsi, bu mövzudan müsbət tonlarda bəhs edilməsini nəzərdə tuturuq).
- Aşağıdakı hallar istisna olmaqla, nəsli kəsilməkdə olmayan canlı heyvanları almaq, satmaq və ya mübadilə etmək cəhdlərinin edildiyi məzmun:
- Fiziki ünvanı olan hüquqi şəxsləri, o cümlədən pərakəndə satış biznesləri, veb-saytlar, brendlər və ya heyvan sığınacaqlarını təmsil edən səhifə, qrup və ya Instagram profili, yaxud məzmunu fiziki ünvanı olan hüquqi şəxslər adından paylaşan fərdi şəxslər tərəfindən paylaşılan məzmun.
- Nəsli kəsilmək təhlükəsi altında olmayan heyvanların sahibinin tapılması, hədiyyə edilməsi, istənilməsi, ianəsi və ya yeni məskənlə təmin olunması, o cümlədən cütləşdirmə məqsədilə sahibləndirilmək üçün yeni məskənlə təmin olunması kontekstində paylaşım
- Dini təklif və ya itmiş ev heyvanları üçün mükafat təklifi qarşılığında heyvan satmaq.
- Mal-qaranın satışı kontekstində paylaşım.
- Heyvan buynuzları, orqanları, əzaları, cəsədləri, taksidermiyası, nəcisinin (gübrə istisna olmaqla) alışı, satışı və ya hədiyyə edilməsi, istənilməsi, ianə edilməsi kontekstində paylaşım.
- Yumurta, balıq və s. kimi insan istehlakı üçün əlaqədar heyvan məhsullarının təklif edilməsi kontekstində paylaşım.
Tarixi artefaktlar
Aşağıdakılara icazə vermirik:
Tarixi artefakt almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya tarixi artefaktın xahiş edildiyi məzmun.
Təhlükəli mal və materiallar
Aşağıdakılara icazə vermirik:
Təhlükəli mal və materialları almaq, satmaq, mübadilə, ianə və ya hədiyyə etmək məqsədi daşıyan və ya təhlükəli mal və materialların xahiş edildiyi məzmun.
İnsanların bədən üzvləri və bioloji mayelər
Aşağıdakılara icazə vermirik:
Aşağıdakı məzmun:
- Hətta İnsan istismarı siyasəti ilə qadağan olunan insan alveri məzmunundan kənarda belə insan bədən üzvlərini almaq, satmaq və ya mübadilə etmək cəhdləri.
- Bioloji mayelərin mübadiləsini istəmək.
- Bioloji mayeləri almaq, satmaq və ya mübadilə etmək cəhdləri.
- Sperma və ya qan plazması kimi bioloji mayelərin ianəsi məqsədilə paylaşılması istisna olmaqla.
Satışdan çıxarılmış məhsullar
Aşağıdakılara icazə vermirik:
Satışdan çıxarılmış məhsulları almaq, satmaq, mübadilə etmək, mübadiləsini təşkil etmək, ianə, hədiyyə etmək və ya istəməyə cəhd edən məzmun.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Mobil data
İcma standartlarının tətbiq edilməsi haqqında ən son hesabata baxın
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Məhdudiyyət qoyulmuş məhsul və xidmətlərlə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun