Məxfilik pozuntuları
Siyasətin təfərrüatları
DƏYİŞİKLİK JURNALI
Bu gün
2 Okt 2024
26 İyun 2024
29 İyun 2023
23 Fev 2023
29 Sent 2022
24 Fev 2022
24 Noyabr 2021
30 Sent 2021
18 Noyabr 2020
30 Noyabr 2018
29 İyun 2018
Siyasətin Əsaslandırılması
Xidmətlərimiz istifadəçilərimizin məxfiliyini və fərdi məlumatlarını qorumağı hədəfə alır. Şəxsiyyətinizi və şəxsi məlumatlarınızı qorumaq üçün əlimizdən gələni edirik və insanların özləri və ya başqaları haqqında müəyyən növ fərdi və ya məxfi məlumatı paylaşmasına icazə vermirik. Həmçinin insanlara şəxsi həyatın toxunulmazlığı hüquqlarını pozduğunu hesab etdikləri görüntülərdən şikayət etmək imkanı təqdim edirik.
Fiziki və ya maliyyə zərərinə səbəb ola biləcək şəxsiyyətinizi müəyyən etməyə imkan verən məlumatlar və digər məxfi məlumatların, o cümlədən maliyyə xarakterli və tibbi məlumatlar, yaşayış yeriniz haqqında məlumatlar, habelə qeyri-qanuni mənbələrdən əldə edilmiş məxfi məlumatların təklif və ya tələb edildiyi məzmunu silirik. Biz qəbul edirik ki, məxfi məlumatlar xəbərlər, məhkəmə sənədləri, press-relizlər və ya başqa mənbələrin vasitəsilə ictimaiyyətə məlum ola bilər. Bu halda məlumatın paylaşılmasına icazə verə bilərik.
Ödənişli məzmunla bağlı əlavə məhdudiyyətlərimiz var. Məhsul və ya xidmətin təfərrüatlarına diqqət yönəltməklə müsbət istifadəçi təcrübəsi təmin edən reklamlara icazə versək də istifadəçilərin şəxsi çətinliklərini istismar edən, onlar haqqında mənfi və ya qeyri-dəqiq xarakteristika yaradan, yaxud həssas xarakterli fərdi məlumatdan xəbərdar olduğuna eyham vuran reklamları silirik. Ödənişli məzmunla bağlı məxfilik qaydalarımız haqqında ətraflı məlumat əldə etmək üçünMəxfiliyin pozulması və Şəxsi keyfiyyətlərlə bağlı Reklam standartlarımıza baxın.
Aşağıdakılara icazə vermirik:
Xidmətlərimizdə və ya xarici keçidlərin köməyi ilə aşağıdakı məxfi məlumatların hər hansı birinin paylaşıldığı və ya tələb edildiyi məzmun:
Şəxsiyyəti müəyyən etməyə imkan verən məlumatlar
- Paylaşım edən şəxsin və ya başqalarının Şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlarının paylaşıldığı məzmun. Buna daxildir:
- Sosial sığorta nömrəsi (SSN), pasport nömrəsi və ya vergi ödəyicisinin fərdi eyniləşdirmə nömrəsi (ITIN) kimi milli identifikasiya nömrələri.
- Hüquq-mühafizə orqanları, hərbi qüvvələr və ya təhlükəsizlik xidmətlərinin əməkdaşlarının şəxsiyyəti təsdiq edən sənədləri.
- Evlilik, doğum, ölüm, ad və ya gender mənsubiyyətinin dəyişdirilməsi sənədləri kimi vətəndaş vəziyyəti aktlarının qeydiyyatı xidmətinin qeydləri və ya rəsmi sənədləri.
- Qrin-kartlar, iş icazələri və ya vizalar kimi immiqrasiya və iş statusu haqqında sənədlər.
- Başqalarının Şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların istənildiyi məzmun.
Şəxsi əlaqə məlumatları
- Məlumatların şəxsin özü tərəfindən paylaşıldığı, yaxud xeyriyyə təşəbbüslərini təşviq etmək, itkin düşmüş insanlar, itmiş heyvanlar və ya əşyaların sahibini tapmaq, yaxud biznes və ya xidmət təchizatçısı (şəxsi məlumatların şəxsin razılığı olmadan paylaşılmasının təyin edildiyi hallar istisna olmaqla) ilə əlaqə saxlamaq üçün paylaşıldığı hallar istisna olmaqla, başqalarının şəxsi əlaqə məlumatlarının paylaşıldığı məzmun.
Yaşayış yeri haqqında məlumat
- Aşağıdakı kontekstlər istisna olmaqla, başqalarının şəxsi yaşayış ünvanları, o cümlədən binanın adı və ya xəritədə ünvanı göstərən etiketin (etiketin platformadankənar keçiddə olduğu halda da) paylaşıldığı məzmun:
- Məlumatların xeyriyyə təşəbbüslərini təşviq etmək, itkin düşmüş insanlar, itmiş heyvanlar və ya əşyaların sahibini tapmaq, yaxud biznes və ya xidmət təchizatçıları ilə əlaqə saxlamaq üçün paylaşıldığı hallar
- Yaşayış ünvanının yüksək vəzifəli dövlət rəsmisinə təqdim edilmiş rəsmi yaşayış yeri və ya səfirlik olduğu hallar
- Başqalarının fərdi yaşayış ünvanlarının qismən paylaşıldığı məzmun (yaşayış ünvanının yüksək vəzifəli dövlət rəsmisinə təqdim edilmiş rəsmi yaşayış yeri və ya səfirlik olduğu hallar istisna olmaqla):
- Məlumatların etirazların və ya sakinin izlənilməsinin təşkil edilməsi çərçivəsində paylaşılması və yaşayış yerinin aşağıdakılardan hər hansı biri ilə müəyyən edilməsi:
- Küçə
- Şəhər və ya məhəllə (sakinlərinin sayı 50 000-dən az olan şəhərlərdə)
- Poçt kodu
- GPS etiketi və ya xəritədə yuxarıdakılardan hər hansı birini göstərən etiket (etiketlər platformadan kənar keçiddə olsa belə)
- Aşağıdakı şərtlərin hamısının yerinə yetirildiyi halda şəxsi yaşayış yerlərinin xarici görünüşünü nümayiş etdirən görüntülər:
- Yaşayış yeri bir ailəlik evdir, yaxud yaşayış yerinin nömrəsi/binanın adı şəkildə və ya onun başlığında göstərilib.
- Yaşayış yerinin məkanını aşağıdakılardan hər hansı birinin əsasında müəyyən etmək mümkündür:
- Küçə
- Şəhər və ya məhəllə (sakinlərinin sayı 50 000-dən az olan şəhərlərdə)
- Poçt kodu
- GPS etiketi və ya xəritədə yuxarıdakılardan hər hansı birini göstərən etiket (etiketlər platformadan kənar keçiddə olsa belə)
- Məzmun burda yaşayan şəxsi (şəxsləri) müəyyən edir.
- Burada yaşayan şəxs şəxsi yaşayış yerinin açıqlanmasına etiraz edir və ya məzmun bu şəxsə qarşı etirazların təşkil edilməsi məqsədi daşıyır.
- Yaşayış yerinin şəkli onun xəbərlərdə yer alması ilə əlaqədar paylaşılmayıb (ünvanın sakinə qarşı etirazların təşkil edilməsi məqsədilə paylaşıldığı hallar istisna olmaqla)
- Başqalarının fərdi yaşayış məlumatlarının istənildiyi məzmun (yaşayış ünvanının yüksək vəzifəli dövlət rəsmisinə təqdim edilmiş rəsmi yaşayış yeri və ya səfirlik olduğu hallar istisna olmaqla)
- Aşağıdakı məlumatlardan hər hansı birinin paylaşılması ilə sığınacağın yerinin istənildiyi və ya sığınacaq haqqında məlumatın açıqlandığı məzmun (sığınacağın xidmətləri haqqında məlumatları aktiv şəkildə təşviq etmədiyi hallarda)
- Faktiki ünvan (Qeyd: "Yalnız poçt ünvanı"nın paylaşılmasına icazə verilir)
- Sığınacağın şəkilləri
- Sığınacağın olduğu şəhərin/ərazinin müəyyən edilməsinin mümkün olması
- Sığınacaqda yaşayan şəxslərin şəxsiyyətini açıqlayan məlumatlar
Tibbi məlumatlar
- Məlumatın tibbi qeydiyyat və ya digər rəsmi sənədlərdən əldə edildiyi aydın olduğu halda başqalarının tibbi, psixoloji, biometrik və ya genetik/irsi məlumatını paylaşan və ya istəyən məzmun (o cümlədən əyani nümayiş etdirilən və ya audio və ya video vasitəsilə paylaşılan).
Maliyyə məlumatları
- Paylaşım edən şəxs və ya başqaları haqqında şəxsi maliyyə məlumatlarının (şəxsin fərdi maliyyə vəsaitləri haqqında məlumat), o cümlədən aşağıdakıların paylaşıldığı və ya istənildiyi məzmun:
- İctimaiyyətlə paylaşılmayan maliyyə qeydləri və ya bəyannamələri.
- Bank hesabı nömrələri, onların təhlükəsizlik kodları və ya pin-kodları.
- Rəqəmsal ödəniş metodu haqqında məlumat, giriş məlumatları, onların təhlükəsizlik kodları və ya pin-kodları.
- Kredit və ya debit kartının məlumatları, onların etibarlılıq müddəti və ya təhlükəsizlik pinləri və ya kodları.
- Bu məlumatın təşkilatın özü tərəfindən paylaşıldığı (o cümlədən orijinal kontekstin saxlanılması ilə yenidən paylaşıldığı), yaxud ictimai hesabatlılıq tələblərini yerinə yetirmək üçün paylaşıldığı (məsələn, fond birjaları və ya tənzimləyici qurumların tələbi ilə) hallar istisna olmaqla, biznes və ya təşkilatın ictimaiyyətlə paylaşılmayan maliyyə məlumatlarının (biznes və ya təşkilatın maliyyə vəsaitləri haqqında məlumat), o cümlədən aşağıdakıların paylaşıldığı və ya istənildiyi məzmun:
- İctimaiyyətlə paylaşılmayan maliyyə qeydləri və ya bəyannamələri.
- Bank hesabı nömrələri, onların təhlükəsizlik kodları və ya pin-kodları.
- Rəqəmsal ödəniş metodu haqqında məlumat, giriş məlumatları, onların təhlükəsizlik kodları və ya pin-kodları.
Sındırılmış mənbələrdən əldə edilmiş məlumatlar
- Müvafiq şəxsin ictimai xadim və ya fiziki şəxs olmasından asıl olmayaraq, sındırılmış mənbədən əldə edilməsi iddia edilən poster və ya bu faktın təsdiq edildiyi məzmun.
Bundan başqa, aşağıdakı məzmun silinməlidir:
- Təsvir edilən şəxs aşağıdakılardan biri olduğu halda haqqında şikayət edilmiş foto və ya video:
- 13 yaşından kiçik yetkinlik yaşına çatmamış şəxs - bu şəxs və ya onun valideyni və ya hüquqi qəyyumu məzmundan şikayət edib.
- 13-18 yaşlarında yetkinlik yaşına çatmamış şəxs - bu şəxs məzmundan şikayət edib.
- Yetkin insan - Amerika Birləşmiş Ştatları xaricində olan bu şəxs məzmundan şikayət edib və tənzimləyici qanunvericilik şəklin silinməsi hüquqlarını nəzərdə tutur.
- Fəaliyyət qabiliyyəti olmayan və məzmundan müstəqil şəkildə şikayət etmək imkanı olmayan hər hansı şəxs.
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
- Aşağıdakıların məzmundan şikayət etdiyi hallarda hər hansı şəxsin tibb və ya səhiyyə müəssisəsində olmasının, yaxud şəxs və ya azyaşlının tibb və ya səhiyyə müəssisəsinə girməsi və ya oradan çıxmasının təsvir olunduğu məzmun hesab edilən Şəxs və Tibb Müəssisəsinin təsvirləri:
- Şəkildəki şəxs
- Şəkildəki şəxsin səlahiyyətli nümayəndəsi
- Şəkildəki şəxsə baxıma görə məsuliyyət daşıyan tibb və ya səhiyyə müəssisəsi, yaxud
- Şəkildəki şəxsin işlədiyi tibb və ya səhiyyə müəssisəsi
- Xarici hökumətin seçki prosesinə təsir göstərmək əməliyyatı çərçivəsində seçkilərlə bağlı ictimaiyyət üçün nəzərdə tutulmamış məlumatı açıqlamaq məqsədi daşıyan mənbə materialı.
- Biz məlumatların sızmasının baş verdiyi ölkənin dövlət tərəfindən tənzimlənən KİV-lərinin bu məlumat sızması haqqında reportajlarını silirik.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Məxfilik pozuntuları ilə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun