İnsan istismarı

Siyasətin təfərrüatları

DƏYİŞİKLİK JURNALI
Siyasətin Əsaslandırılması
Zərərin qarşısını almaq məqsədilə insan istismarı, o cümlədən insan alverinə kömək edən və ya bunu təşviq edən məzmunu silirik. İnsan alverini hər hansı şəxsin azadlığından mənfəət naminə məhrum edildiyi kommersiya fəaliyyəti kimi xarakterizə edirik. Bu, insanların iradələri xaricində ödənişli seksual xidmətlər göstərməyə, işləməyə və ya başqa fəaliyyətlərlə məşğul olmağa məcbur edilməsi ilə istismar edilməsidir. Bunun əsasında insanların aldadılması, məcbur edilməsi, zorla saxlanılması durur. İnsan alveri başqalarına iqtisadi və ya maddi mənfəət qazandırmaq üçün insanları azadlıqlarından məhrum edərək insan ləyaqətini alçaldır.
İnsan alveri çoxtərəfli və qlobal problemdir. O, yaşı, sosial-iqtisadi mənşəyi, etnik mənsubiyyəti, cinsi mənsubiyyəti və ya yerindən asılı olmayaraq hər kəsə toxuna bilər. O, bir çox formalar alır və istənilən insan alveri halı bir neçə inkişaf mərhələsini əhatə edə bilər. Bu zorakılıq məcburi xarakter daşıdığından qurbanların razılığı olmadan baş verir.
İnsan alveri və qaçaqmalçılığı fərqli anlayışlar olsa da, onlar bir-biri ilə əlaqədar ola və paralel olaraq baş verə bilər. Birləşmiş Millətlər Təşkilatı insan qaçaqmalçılığını hər hansı dövlətin ərazisinə beynəlxalq sərhədlərdən keçərək qanunsuz girişin satın alınması və ya təşkil edilməsi kimi müəyyən edir. Məcburiyyət və ya zorakılıq olmasa belə, bu hal olduqları ölkəni daha yaxşı həyat axtarışında tərk etməyə çalışan həssas şəxslərin istismar edilməsi ilə nəticələnə bilər. İnsan qaçaqmalçılığı insanların sərhəddən qanunsuz keçirilməsi ilə dövlətə qarşı cinayətdir, insan alveri isə insanların istismarına əsaslanan və insana qarşı törədilən cinayətdir.
İnsan alveri və ya qaçaqmalçılığı problemlərini qınayan, bu haqda məlumatlılığı artıran məzmun, yaxud bununla bağlı xəbərlərlə yanaşı, şəxsi təhlükəsizlik və sərhədlərdən keçmək, sığınacaq axtarmaq və ya ölkədən çıxmaq haqqında məlumatların istənildiyi və ya paylaşıldığı məzmuna icazə veririk.
Aşağıdakıları paylaşmayın:
İnsan alverinin aşağıdakı formalarından hər hansı birini təşkil edən, bunun reallaşdırılması üçün insanları cəlb edən, onları bu vasitələrlə istismar edən məzmun, fəaliyyət və ya qarşılıqlı əlaqə:
  • Seksual istismar məqsədli insan alveri (yetkinlik yaşına çatmamış və ya çatmış şəxsin güc tətbiq edilməsi, fırıldaqçılıq və məcburiyyətə görə iştirak etdiyi hər hansı kommersiya xarakterli seksual fəaliyyət)
  • Uşaqların satışı və ya qanunsuz övladlığa götürmə
  • Valideyn himayəsindən məhrum olmuş uşaqların alveri və uşaq evlərində könüllülük fəaliyyətinə əsaslanan turizm
  • Məcburi nikah (o cümlədən uşaq nikahı)
  • Əməyin istismarı (o cümlədən məcburi əmək)
  • Məcburi məişət əməyi
  • İnsanların istismar edilmədiyi hallarda orqanların çıxarılması, bağışlanması və ya transplantasiya edilməsi istisna olmaqla, bərpa olmayan orqanların alveri
  • Məcburi cinayət fəaliyyəti (məs., məcburi dilənçilik, məcburi narkotik maddə alveri)
  • Yetkinlik yaşına çatmamış əsgərlərin yığılması
Üçüncü şəxsin kommersiya xarakterli seksual fəaliyyət üçün insanları cəlb etdiyi, bunu təşviq etdiyi və ya belə fəaliyyətdən faydalandığı (maliyyə və ya başqa şəkildə) məzmun
İnsan qaçaqmalçılığının təşkil edilməsi və ya dəstəklənməsinin təklif edildiyi məzmun
İnsan alveri xidmətlərinin axtarıldığı məzmun
Bu siyasətlə əhatə olunan məzmunun qınama, təhsil, məlumatlılığın artırılması və ya xəbər reportajı kontekstində paylaşılmasına icazə veririk.
İnsanların istismarı siyasətlərimiz çərçivəsində dəyərləndirmə mütəxəssislərimiz və avtomatlaşdırılmış sistemlərimiz pozuntuya yol verən hesabları aşkarlamağa və onlarla bağlı tədbir görməyə kömək etmək üçün bir sıra davranış siqnallarını nəzərdən keçirə bilər.
  • Biz hesabları onların digər qaydaları pozan hesablarla qarşılıqlı əlaqələri, qaydaları pozan məzmunu axtarmaları və ya onunla qarşılıqlı əlaqələri, yaxud qaydaları pozduğuna görə silinmiş icmalara (məsələn, Qruplara) üzvlüyü əsasında silə bilərik.
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
Hüquq-mühafizə orqanları, yerli qeyri-hökumət təşkilatları, yaxud digər etibarlı tərəfdaşlar tərəfindən təsdiq edildiyi kimi əməyin istismarı üçün yüksək riskli hesab edilən məkanlarda iş təklif edən məzmunu silə bilərik
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
İnsan istismarı ilə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun