Fırıldaqçılıq, saxtakarlıq və yanıldıcı təcrübələr

Siyasətin təfərrüatları

DƏYİŞİKLİK JURNALI
Siyasətin Əsaslandırılması
Məqsədimiz istifadəçiləri və biznesləri öz pulları, əmlakları və ya şəxsi məlumatları vasitəsilə dələduzluqdan qorumaqdır. Buna məqsədyönlü şəkildə yanıldıcı məna ifadə edən məzmunu silməklə və qəsdən yanlış təqdimetmə, oğurlanmış məlumat və şişirdilmiş məlumat kimi istifadəçi və ya biznesləri fırıldaqçılıq və ya saxtakarlıq yolu ilə aldatmağa və ya qarşılıqlı əlaqəyə cəlb etməyə yönələn davranışlara qarşı mübarizə aparmaqla nail oluruq. Buraya xidmətlərimizdən istifadə edərək bu fəaliyyətləri təşkil və ya təşviq etmək məqsədi daşıyan məzmun daxildir. Biz insanların digərlərini məlumatlandırmasına və maarifləndirməsinə, həmçinin bu fəaliyyətləri qınamasına icazə veririk.
Aşağıdakılara icazə vermirik:
Aşağıdakılar vasitəsilə insanları və (və ya) biznesləri fırıldaqçılıq və ya saxtakarlıq yolu ilə aldatmağa cəhd edən məzmun:
Kredit fırıldaqçılığı və saxtakarlığı
Aşağıdakı məzmun:
  • Kredit əldə etmək üçün istifadəçidən avans ödənişi etməsini tələb edən kredit təklif edir.
  • Məzmundan (məsələn, maliyyə məlumatı istəmədən krediti təsdiq etməyi iddia edir) asılı olaraq aşkar şəkildə qeyd olunmuş və ya dolayısı ilə başa düşülən olmasından asılı olmayaraq zəmanət və ya təsdiqə yaxın zəmanətlə kredit təklif edir.
  • Qeyd: Sözügedən şəxs təsdiqlənmiş şəxs və bank və ya maliyyə müəssisəsi olduğu halda, həmin şəxsin qanuni, fırıldaqçılıq ehtiva etməyən məzmun paylaşmadığını müəyyənləşdirmək üçün digər xəbərdarlıq işarələrini nəzərdən keçiririk.
Qumar fırıldaqçılığı və saxtakarlığı
Aşağıdakı məzmun:
  • Aşağıdakılarla real pul qumarı xidmətləri təklif edir ("Real pul" real dünyada mal və ya xidmət satın almaq üçün istifadə edilən bilən real dünya valyutasıdır. Buraya həmçinin ABŞ dolları kimi milli valyutalar və Bitcoin kimi virtual valyutalar daxildir):
    • uduş zəmanəti ilə.
    • oyunun və ya qarşılaşmanın nəticəsini saxtalaşdırdığını dolayısı ilə göstərən və ya etiraf edən.
    • insanları razılaşdırılmış qarşılaşmanın keçirilməsinə təşviq etmək və ya qarşılaşmanı yaxud oyunu razılaşdırmaq üçün kömək və ya məsləhət axtarışında olmaq.
Real pul udmaq şansı olmayan qumarı simulyasiya edən sosial kazino oyunları Məhdudiyyət qoyulmuş mal və xidmətlərlə bağlı İcma standartları ilə tənzimlənir.
İnvestisiya və ya maliyyə fırıldaqçılığı və saxtakarlığı
  • İnvestisiya fürsətləri. Aşağıdakı məzmun:
    • İnvestisiya gəlirlərinin zəmanətli və ya risksiz olduğu investisiya fürsətləri təklif edir.
    • İnvestisiya və ya təzminat üzrə gəlirlərin qismən və ya tam olaraq başqalarının sxemdə iştirak etmək üçün işə cəlb edilməsinə əsaslanması şərti daxilində investisiya fürsətləri təklif edir.
    • "Qısa zamanda varlan" tipli və (və ya) kiçik investisiyaların böyük məbləğə çevriləcəyinə dair iddiaların olduğu investisiya fürsətləri təklif edir.
  • Pul/Nağd çevrilməsi. Aşağıdakı məzmun:
    • "Nağd çevrilməsi", "pul çevrilməsi" və ya oxşar texnologiya kimi aydın ifadələr ehtiva edən çevrilmə və ya hiylə yaxud strategiya vasitəsilə müəyyən pul məbləğini böyük məbləğə çevirməyi təklif edir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və çirkli pulların yuyulması ilə bağlı fırıldaqçılıq və saxtakarlıq
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması. Aşağıdakı məzmun:
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasını təklif edir və ya istəyir (başqalarının bank hesablarından istifadə etməsinə və ya başqalarının adından pul köçürməsinə icazə vermək üçün qarşılığında pul və ya mənfəət payı təklif etməklə zərərçəkmişin çirkli pulların yuyulmasının naməlum iştirakçısına çevrilməsinə səbəb olmaq).
    • Zərərçəkmişin bank hesabından istifadə edərək pulun qəbul edilməsi və üçüncü tərəflərin hesabına köçürülməsi üçün iş təklif edilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasını təklif edir və ya istəyir.
  • Çirkli pulların yuyulması. Aşağıdakı məzmun:
    • Ardıcıl mürəkkəb maliyyə əməliyyatları, o cümlədən aşağıdakıların hər hansı biri vasitəsilə pulun mənşəyinin gizlədilməsi ilə qeyri-qanuni yollarla əldə edilmiş pulun qanuni yollarla əldə edilmiş görünməsi cəhdi hesab edilən çirkli pulların yuyulması üsulunu tələb, təşviq və ya təklif edir:
      • SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) və ya oxşar metodlar vasitəsilə vəsaitlərin köçürülməsinə çalışmaq,
      • Nağd qəbulu və transferini dəstəkləmək üçün mövcud bank hesablarının növlərinə dair təfərrüatlar axtarmaq və ya təklif etmək.
Qeyri-autentik şəxsiyyət fırıldaqçılığı və saxtakarlığı
Aşağıdakı məzmun:
  • Paylaşım edənin şəxsiyyətini və ya sorğunun növünü yanlış təqdim etməklə istifadəçilərə qarşı saxtakarlıq və ya fırıldaqçılıq tətbiq etməyə cəhd edir:
    • İanənin təcili olduğunu iddia edən və pulun göndərilə biləcəyi bank hesabları kimi məlumatları ehtiva edən xeyriyyə məqsədləri üçün pul və ya ianə istəyən saxtakar sorğuların olduğu xeyriyyəçilik fırıldaqçılığı və saxtakarlığı.
    • Seksual amilə əsaslanmayan yoldaşlıq və ya münasibət axtarışı və ya qarşılığında pul və ya ekvivalentini təklif etməklə və ya istəməklə onlayn romantik münasibət yaratmaq məqsədilə fırıldaqçılıq cəhdləri ehtiva edən romantik münasibət fırıldaqçılığı və saxtakarlığı.
    • Fırıldaqçılıq və ya saxtakarlıq cəhdi ilə biznesi və ya şəxsi təmsil etdiyini iddia etmək və ya onun səsi ilə danışmağı ehtiva edən biznes/şəxs fırıldaqçılığı və saxtakarlığı.
Məhsul və ya mükafat fırıldaqçılığı və saxtakarlıqları
  • Hökumət mükafatı fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Saxta üsullarla hökumət qrantlarından və ya hər hansı digər dövlət maliyyələşdirmə mənbəyindən pul təklif edir. Təsdiqlənmiş şəxs tərəfindən edildiyi təqdirdə paylaşımın qanuni, saxtakarlıq ehtiva etməyən məzmunda olmasını müəyyənləşdirmək üçün müxtəlif siqnalları nəzərdən keçiririk.
  • Maddi, mənəvi və ya iIlluminat fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Assosiasiya, kult, dini təriqətə (məsələn, illuminat qardaşlığı) üzv olmaq və ya ona qoşulmaq müqabilində fiziki, rəqəmsal və virtual valyutalar, fiziki və ya rəqəmsal mal və xidmətlər daxil olmaqla pul dəyəri olan maddi mükafatlar, məsələn, pul, mal və ya xidmətlər təklif edir.
    • Qara magiya və ya tilsim və ya tilsimli əşyalardan (məsələn, tilsimlər, uğurlu tilsimlər, amuletlər, tokenlər, tilsimli qarışıqlar, sehrli pul kisəsi və s.) istifadə qarşılığında maddi mükafatlar təklif edir.
  • Sığorta fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • İlkin ödəniş (admin haqqı və ya depozit və s.) tələbi ilə saxta, həddən artıq endirimli sığorta təklif edir.
    • Ənənəvi sığorta təminatçıları ilə müqayisədə sığorta məbləğinə böyük miqdarda qənaət vədi (ən az 30%) ilə saxta, həddən artıq endirimli sığorta təklif edir.
    • Qeyd: Sözügedən şəxs təsdiqlənmiş şəxs və bank və ya maliyyə müəssisəsi olduğu halda, həmin şəxsin qanuni, fırıldaqçılıq ehtiva etməyən məzmun paylaşmadığını müəyyənləşdirmək üçün digər xəbərdarlıq işarələrini nəzərdən keçiririk
  • İş fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Aydın olmayan və ya qeyri-müəyyən iş təsviri və çox az vaxt investisiyası və ya səylə pul vəd edən sürətli qazanc fürsətləri ilə iş təklif edir.
    • İş məlumatı olmayan, sadəcə iş vakansiyalarına istinad edən işlər təklif edir.
    • Evdən iş təklif edir, lakin işin adı əməkdaşın evdən işləyə bilməyəcəyini göstərir.
    • Əvvəlcədən əmək haqqı vədi verən iş təklif edir.
    • Zəmanətli işlər təklif edir.
    • İş verilməzdən əvvəl avans ödənişi tələbi ilə iş təklif edir.
    • Qeyd: Sözügedən şəxs təsdiqlənmiş şəxs olduğu halda, həmin şəxsin qanuni, fırıldaqçılıq ehtiva etməyən məzmun paylaşmadığını müəyyənləşdirmək üçün digər xəbərdarlıq işarələrini nəzərdən keçiririk
  • Borcdan azad edilmə və ya kreditin aradan qaldırılması fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Müəyyən dövr ərzində borcu silməyi və ya aradan qaldırmağı, xüsusi məbləğdə azaltmağı vəd edir.
    • Bütün borc yığımları və ya məhkəmə prosedurlarını dayandırmağı vəd edir.
    • "Yeni dövlət proqramı" və ya qanunda dəyişiklik, ekvivalent bəyanat vasitəsilə borcların bağışlanmasını və ya ləğvini vəd edir.
    • Kredit hesabatlarından kredit məlumatını silməyi və ya yeni "kredit şəxsiyyəti" yaratmağı vəd edir.
    • Qeyd: Sözügedən şəxs təsdiqlənmiş şəxs və bank və ya maliyyə müəssisəsi olduğu halda, həmin şəxsin qanuni, fırıldaqçılıq ehtiva etməyən məzmun paylaşmadığını müəyyənləşdirmək üçün digər xəbərdarlıq işarələrini nəzərdən keçiririk
  • Hədiyyəli yarışma fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • İstifadəçilərdən aşağıdakıların müqabilində zəmanətli real pul mükafatı təklif edir:
      • Kənar keçid vasitəsilə qeydiyyat.
      • Şəxsiyyəti müəyyənləşdirməyə imkan verən məlumatları (PII) və ya digər şəxsi məlumatları paylaşmaq.
      • Paltforma daxilində və ya xaricində şəxsi mesajla əlaqə yaratmaq.
      • Heç bir şey etməmək.
  • Avans ödənişi fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • İlkin ödəniş/bank köçürməsi/ödəniş müqabilində saxtakarlıqla pul vəd edir.
Saxta sənəd fırıldaqçılığı və saxtakarlığı
  • Saxta və ya qondarma sənədlər. Aşağıdakı məzmun:
    • Saxta və ya qondarma sənədlərin təşviqi, yaradılması, satışı, satın alınması və ya mübadiləsini təklif edir.
    • Viza və ya yaşıl kart təklif edir.
    • Viza və ya yaşıl kart təsdiqi zəmanəti verir.
    • Normal tələbləri yerinə yetirmədən istifadəçilərin viza təsdiqi əldə etmələrini təmin edir.
  • Saxta və ya kontrafakt valyuta. Aşağıdakı məzmun:
    • Stolüstü oyunlar məqsədilə olduğu məzmunda aydın şəkildə qeyd olunduğu təqdirdə, stolüstü oyun valyuta (məs., Monopoliya pulu) istisna olmaqla, saxta və ya kontrafakt valyutanın satışı, alışı və ya mübadiləsini təklif edir.
  • Saxta və ya kontrafakt vauçer. Aşağıdakı məzmun:
    • Saxta və ya kontrafakt vauçerlərin paylaşılması, satışı, satın alınması və ya mübadiləsini təklif edir.
    • Aşağıdakılar vasitəsilə atipik qiymətqoymaya nail olmaq üçün fiziki və ya rəqəmsal kupon və ya vauçerlərin istifadəsini qəbul və ya təşviq edir:
      • kupon və vauçerlərlə əhatə olunmayan məhsulları satın almaq üçün kupon və ya vauçerlərdən istifadə; və ya
      • vaxtı keçmiş kupon və ya vauçerlərdən istifadə.
  • Saxta və ya saxtalaşdırılmış təhsil haqqında şəhadətnamələr və peşə sertifikatları. Aşağıdakı məzmun:
    • Saxta və ya saxtalaşdırılmış təhsil haqqında şəhadətnamələr və peşə sertifikatları satışı, satın alınması və ya mübadiləsini təklif edir.
Oğurlanmış məlumat, mal və ya xidmət fırıldaqçılığı və saxtakarlığı
  • Şəxsi məlumatların ələ keçirilməsi üçün spam mesajlarının göndərilməsi fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Qanunsuz satınalmalar (şəxsi məlumatların ələ keçirilməsi üçün spam mesajlarının göndərilməsi) üçün istifadə oluna biləcək kredit kartları və digər maliyyə alətlərinin alınması, satışı və mübadiləsini ehtiva edir.
  • PII fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Uydurma personaja aid olması halları istisna olmaqla, Şəxsiyyəti müəyyənləşdirməyə imkan verən məlumatları (PII) və ya digər şəxsi məlumatların alışı, satışı və mübadiləsi.
  • Dəyərləndirmə fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Məhsul dəyərləndirmələrinin/qiymətləndirmələrinin alışı, satışı və ya mübadiləsinə çağırır.
    • Dolayısı ilə və ya aşkar şəkildə istifadəçiləri endirim, ödənişin qaytarılması və ya ödənişsiz məhsullar qarşılığında dəyərləndirmə təmin etməyə stimullaşdırır.
  • Abunəlik fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Ödənişli onlayn xidmətə istinad etməklə, adını çəkməklə və ya loqosunu paylaşmaqla giriş rekvizitlərini almağı, satmağı və ya mübadilə etməyi təklif edir (müntəzəm intervallarla təkrarlana ödəniş tələb edən onlayn xidmətlərə giriş rekvizitləri).
    • Qeyd: Sözügedən şəxs təsdiqlənmiş şəxs və bank və ya maliyyə müəssisəsi olduğu halda, həmin şəxsin qanuni, fırıldaqçılıq ehtiva etməyən məzmun paylaşmadığını müəyyənləşdirmək üçün digər xəbərdarlıq işarələrini nəzərdən keçiririk.
  • İmtahanda köçürmə fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • Aşağıdakıların paylaşılması, satışı, mübadiləsi və ya alınması ehtiva edir:
      • gələcək imtahan vərəqələri və ya onların cavabları.
      • İmtahanlarda köçürməyə imkan verən məhsul və ya xidmətlər.
      • Narkotik vasitələrin istifadəsi müayinəsindən qeyri-qanuni üsullarla keçməyə imkan verən məhsul və ya xidmətlər
Cihazlardan qanunsuz istifadə ilə fırıldaqçılıq və saxtakarlıq
  • Cihazların manipulyasiyası ilə fırıldaqçılıq və saxtakarlıq. Aşağıdakı məzmun:
    • Manipulyasiya edilmiş, dəyişdirilmiş və ya saxta ölçmə cihazlarının alınması, satılması, mübadiləsi və ya paylaşılmasına çağırır.
    • Qeyri-dəqiq qiymət əldə etmək üçün cihazların fiziki manipulyasiyasını qəbul edir, təşviq edir və ya ona çağırır.
  • Rəqəmsal məzmun fırıldaqçılığı və saxtakarlığı. Aşağıdakı məzmun:
    • İcazəsiz şəkildə rəqəmsal məzmuna girişi asanlaşdıran və ya həvəsləndirən məhsullar təklif edir və ya istəyir. Buraya aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşdırılmır: abonent əlavələri, tam yüklənmiş/KODI quraşdırılmış əlavələr və KODI xidmətləri.
Aldadıcı və yanıldıcı təcrübələr
  • Aldadıcı səhiyyə təcrübələri. Aşağıdakı məzmun:
    • Şişirdilmiş və ya inanılmaz iddialar irəli sürən sensasiyalı dilin istifadəsi kimi klikbeyt taktikalarından istifadə etməklə çəki itirmək məzmununda saxta və ya aldadıcı sağlamlıq iddiaları və ya zəmanətlərini təşviq edir
Aşağıdakı məzmuna baxış imkanını yetkinlik yaşına çatmış və 18 yaşı tamam olmuş şəxslərlə məhdudlaşdırırıq:
Aşağıdakı məzmun:
  • Heç bir ixtisaslaşma və ya məsuliyyətdən imtina olmadan xüsusi müddət ərzində çəki itirməklə bağlı xüsusi nəticələrə dair vəd verir.
Yuxarıda qeyd olunanlara baxmayaraq, biz həssas məlumat yaymadan, fırıldaqçılıq və ya saxtakarlığı təşviq etmədən insanları fırıldaqçılıq və ya saxtakarlıqla bağlı məlumatlandıran, maarifləndirən məzmunu qadağan etmirik
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
  • Aşağıdakı məzmunları silə bilərik:
    • Etibarlı şəxs tərəfindən şikayət edilmiş fırıldaqçılıq/saxtakarlıq ehtiva edən.
    • Rüşvətxorluq və ya yeyinti ilə əlaqəli.
    • İstifadəçilərə qarşı fırıldaqçılıq və ya saxtakarlıq cəhdi ilə vaksin təklif edən.
    • Fırıldaqçılıq və ya saxtakarlıq cəhdi ilə saxta şəxs yaratmağa, özünü məşhur şəxs kimi təqdim etməyə və ya tanınmış şəxsin təsvirindən icazəsiz istifadə etməyə cəhd edən.
    • Şəxslərə gizli şəkildə baxılmasını və ya görüntülərinin, səslərinin qeydə alınmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş məhsul və ya xidmətləri (məs., casus kameralar, mobil telefon izləyiciləri) və ya digər gizli müşahidə avadanlıqlarını təklif edən və ya istəyən.
    • Özünü hökumət orqanı və ya xəbər agentliyi kimi təqdim etməklə, sensasiyalı dildən və ya şişirdilmiş iddialardan istifadə etməklə kollektiv məhkəmə iddiasında iştirak məqsədilə insanlara məhkəmədə iştirak təklif edən.
    • İnsanların şəxsi məlumatlarını daxil etməsini tələb edən abunəlik xidmətləri təklif edən.
    • Saxtakarlıq davranışlarını həyata keçirmək üçün konsertdə xidmətlərimizdəki çoxsaylı hesablardan istifadə də daxil olmaqla, şəxslərin mütəşəkkil fırıldaqçılıq və ya saxtakarlıq davranışında iştirak etməsinə və ya iştirak etmək üçün iddia irəli sürməsinə icazə vermirik.
Müəyyən hallarda İcma standartlarını poza biləcək məzmun satirik xarakter daşıdıqda onun paylaşılmasına icazə veririk. Məzmunun İcma standartlarını pozan elementləri satira predmeti olduqda və ya bu elementlərin istehza etmək və ya tənqid etmək məqsədilə başqasına aid olduğu göstərildikdə belə məzmuna icazə verilir.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Fırıldaqçılıq, dələduzluq və aldadıcı təcrübələrlə bağlı yardım alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun