Təhlükəli təşkilat və şəxslər
Siyasətin təfərrüatları
DƏYİŞİKLİK JURNALI
Bu gün
19 Mart 2026
8 Fev 2024
29 Dekabr 2023
29 Avq 2023
27 Apr 2023
23 Dekabr 2021
24 Noyabr 2021
15 Okt 2021
26 Avq 2021
23 İyun 2021
22 Okt 2020
27 Avq 2020
27 Fev 2020
10 Okt 2019
27 Sent 2019
28 Dekabr 2018
Siyasətin Əsaslandırılması
Real həyatda insanlara zərər vurulmasının qarşısını almaq məqsədilə zorakı hədəflərə xidmət edən və ya zorakı fəaliyyətlə məşğul olan təşkilat və ya şəxslərin platformalarımızda olmasına icazə vermirik. Onların onlayn və oflayn davranışını, ən vacibi isə onların zorakılıqla əlaqəsini qiymətləndiririk. Bu siyasətə uyğun olaraq şəxslər, təşkilatlar və insan şəbəkələrini müəyyən edirik. Müəyyən etdiyimiz şəxs və təşkilatlar məzmuna nəzarətlə bağlı iki səviyyəyə bölünür. Burada 1-ci səviyyə məzmunun standartlarımıza uyğunluğunun təmin edilməsi üçün daha çox nəzarət tədbirinin görülməsini tələb edir, çünki bu qurumların real həyatda zərər vurulması ilə birbaşa əlaqəsinin olduğunu hesab edirik.
1-ci səviyyə real həyatda ciddi zərər vuran, o cümlədən mülki şəxslərə qarşı zorakılığı təşkil və müdafiə edən, insanları müdafiə edilən xüsusiyyətlərinə görə dəfələrlə alçaldan və ya insanlara zərər vurulmasını dəstəkləyən, yaxud sistemli cinayətkar əməliyyatlarda iştirak edən təşkilatlara aiddir. 1-ci səviyyə nifrət zəminli təşkilatlar; cinayətkar birliklər, o cümlədən ABŞ hökumətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar təşkilatlar (SDNTK) kimi müəyyən etdiyi təşkilatlar; və terrorçu təşkilatlar, o cümlədən ABŞ hökumətinin xarici terrorçu təşkilatlar (FTO) və ya xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçular (SDGT) kimi müəyyən etdiyi təşkilat və şəxsləri əhatə edir. Biz 1-ci səviyyəyə aid təşkilatların, onların liderləri, təsisçiləri və ya əsas üzvlərinin Tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmunu, habelə onlara aydın ifadə edilməyən istinadları silirik.
Bundan başqa, biz Meta-nın qanunları pozan zorakı tədbirlər, o cümlədən terror hücumları, nifrət zəminli tədbirlər, bir neçə qurbanın olduğu zorakılıq aktları və ya bir neçə qurbana zorakılıq edilməsi cəhdi, seriyalı qətl və ya nifrət zəminli cinayətlər kimi müəyyən etdiyi tədbirlərin tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmuna icazə vermirik. (1) Bu cür hücumların icraçısının (icraçılarının) Təriflənməsi, dəstəklənməsi və ya təmsil edilməsinə; (2) bu cür hücumların icraçısının hücumla bağlı yaratdığı məzmuna; yaxud (3) üçüncü tərəflərin qurbanlara hücumların edildiyi anları təsvir edən görüntülərinə icazə vermirik. Nasizm və ağdərililərin üstünlüyü kimi nifrəti təbliğ edən ideologiyaların Tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmunu da silirik. Müəyyən edilmiş bu tədbir və ya ideologiyalara aydın ifadə edilməyən istinadları silirik.
2-ci səviyyəyə silahlı münqaişədə dövlət və ya hərbi subyektlərə qarşı zorakılıqda iştirak edən, lakin mülki əhalini qəsdən hədəfə almayan Zorakılıqla məşğul olan qeyri-dövlət subyektləri daxildir. Gələcəkdə törədiləcək zorakılığın hazırlanması və ya müdafiə edilməsi ilə məşğul olan, lakin indiyə qədər zorakılıqla məşğul olmamış Zorakılığı təşviq edən təşkilatlar da buraya daxildir. Bunlar həm də platformamızda və ya buradan kənarda Nifrət zəminli davranış və ya Təhlükəli təşkilat və şəxslərlə bağlı siyasətlərimizi dəfələrlə pozmuş təşkilatlardır. Biz bu təşkilatların, onların liderləri, təsisçiləri və ya əsas üzvlərinin Tərifləndiyi, maddi cəhətdən dəstəkləndiyi və təmsil edildiyi məzmunu silirik.
İstifadəçilərin sosial və siyasi müzakirə kontekstində müəyyən edilmiş təhlükəli şəxs və təşkilatlara istinadları ehtiva edən məzmun paylaşa biləcəyini qəbul edirik. Buraya təhlükəli təşkilat və şəxslər, yaxud onların fəaliyyətləri haqqında məlumat vermək, onları neytral şəkildə müzakirə etmək və ya qınamaq məqsədilə paylaşılan məzmun daxildir.
Xəbər reportajı müəyyən edilmiş təhlükəli təşkilat və şəxslərin iştirak etdiyi yerli və qlobal tədbirlərlə bağlı məlumatlılığı artırmaq üçün paylaşılmış məlumatları ehtiva edir.
- Məsələn “Qaynar xəbər: Əş-Şəbab Somalidəki hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb”
- Məsələn "Hadisələrin ardıcıllığı və ekspert təhlili: Buffalodakı supermarketdə baş verən güllələnmə hadisəsinin üstü necə açıldı və cinayətkar məhkəmədə nə dedi"
Neytral şəkildə müzakirə faktiki bəyanatlar, şərhlər, suallar və müəyyən edilmiş təhlükəli təşkilat və ya şəxslər və onların davranışı ilə bağlı müsbət rəy ifadə etməyən digər məlumatları ehtiva edir.
- Məsələn "Liderlik və maliyyənin çatışmazlığı baxımından Əl-Qaidə İŞİD-dən daha az təhlükə ifadə edir"
- Məsələn "Anders Breyvik radikallaşdırma prosesinin nə dərəcədə mürəkkəb ola biləcəyinə bir nümunədir"
Qınama narazılıq, ikrah, imtina, tənqid, rişxənd və müəyyən edilmiş təhlükəli təşkilat və ya şəxslər və onların davranışı ilə bağlı digər mənfi ifadələri ehtiva edir.
- Məsələn "Salvador Ramosun cinayətindən iyrənirəm. Hakimin sözləri beynimdə əks-səda verdi. Məhkəmə ona güzəştə getməməlidir"
- Məsələn "Hitlerin törətdiyi cinayətlər heç vaxt unudulmayacaq. Bunlar tarixin ən qaranlıq səhifələrindən bəziləri idi”
Siyasətlərimiz bu cür müzakirələrə şərait yaratmaq, eyni zamanda real həyatda potensial zərərin vurulması riskini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Bu səbəbdən də, insanlardan belə məzmunu yaradarkən və ya paylaşarkən niyyətlərini aydın şəkildə göstərməyi tələb edirik. İstifadəçinin niyyəti birmənalı və ya aydın deyilsə, standart seçim olaraq bu məzmunu silirik.
Müzakirələrdə qeyd edilən qurumların təriflənməsi, dəstəklənməsi və ya təmsil edilməsi yer almadığı, yaxud zorakılığa təhrikçilik kimi digər siyasətlərin tələbləri pozulmadığı halda siyasətlərimiz insan hüquqları haqqında beynəlxalq qanunlara uyğun olaraq qeyd edilən şəxslərin və təhlükəli qurumların üzvlərinin insan hüquqları haqqında müzakirələrə icazə verir.
Beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquqlarının qorunması öhdəliyinə sadiqliyimiz haqqında ətraflı məlumat almaq üçün Korporativ insan hüquqları siyasətimizə nəzər salın.
Aşağıdakıları silirik:
Müxtəlif təhlükəli təşkilat və şəxslərin Tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmunu silirik. Bu anlayışlar təşkilatların özünə, onların fəaliyyəti və üzvlərinə tətbiq edilir. Bu anlayışlar müəyyən siyasi nəticələrin sülh məqsədli müdafiəsini qadağan etmir.
Təriflənmə aşağıdakı kimi izah edilir:
- Müəyyən edilmiş təşkilatın zorakılıq və nifrət ehtiva edən fəaliyyətlərinin bu fəaliyyətlərin məqbul və ağlabatan mənəvi, siyasi, məntiqi və digər əsaslarının olduğunu iddia edərək legitimləşdirilməsi və ya müdafiə edilməsi.
- Məsələn "Hitler səhv nəsə etməyib".
- Müəyyən edilmiş təşkilatın zorakılıq və nifrət ehtiva edən fəaliyyətinin nailiyyət və uğur kimi xarakterizə edilməsi və ya qeyd edilməsi;
- Məsələn "Hizbul-Mücahid azad və müstəqil Kəşmir naminə müharibədə qalib gəlir"
- İddialı üzvlük çağırışı və ya müəyyən edilmiş təşkilat və ya pozuntu yaradan zorakılıq hadisəsinin icraçısı olmaq istəməyinizə səbəb olacaq çağırış.
- Məsələn "İŞİD-ə qoşulmaq və Xilafətin bir parçası olmaq istərdim"
1-ci və 2-ci səviyyəyə aid təşkilatlar, o cümlədən müəyyən edilmiş tədbirləri Tərifləyən məzmunu silirik.
İstifadəçinin niyyəti aydın şəkildə ifadə olunmayıbsa, 1-ci səviyyəyə aid və müəyyən edilmiş tədbirlərlə bağlı aydın olmayan və ya kontekstsiz istinadları da silə bilərik. Buraya müəyyən edilmiş təşkilatın zorakılıq və ya nifrətini tərifləməyən aydın ifadə edilməmiş yumor, başlıqsız, yaxud müsbət istinadlar daxildir.
Dəstək aşağıdakı kimi izah edilir:
- Maddi dəstək
- Müəyyən edilmiş təşkilatın maliyyə vəziyyətini yaxşılaşdıran istənilən hərəkət, o cümlədən vəsaitlərin müəyyən edilmiş təşkilatın hesabına və ya hesabından köçürülməsi;
- Məs., "Ku Kluks Klana ianə göndərək!"
- Müəyyən edilmiş təşkilata və ya tədbirə maddi yardım göstərən istənilən hərəkət;
- Məs., "Sinaloa kartelinə yardım üçün bağlama göndərmək istəyirsinizsə, bu ünvandan istifadə edin".
- Müəyyən edilmiş təşkilat və ya tədbir adından iştirakçıların yığılması;
- Məs., "Xilafət üçün döyüşmək istəyirsinizsə, mənə yazın".
- Başqa formada dəstək
- Müəyyən edilmiş təşkilat və ya tədbir adından məlumat və resursların, o cümlədən rəsmi bildirişlərin ötürülməsi
- Məs., müəyyən edilmiş təşkilatın qınanması, neytral şəkildə müzakirə edilməsi və ya məlumatın xəbərlərin bir hissəsi kimi paylaşılmasını göstərən qeyd olmadan təşkilatdan birbaşa sitat gətirilməsi.
- Müəyyən edilmiş təşkilat və ya tədbir adından çağırışın paylaşılması;
- Məsələn "Atomwaffen Division ilə əlaqə saxlayın - (XXX) XXX-XXXX”
1-ci səviyyəyə aid təşkilatları hər formada dəstəkləyən, 2-ci səviyyəyə aid təşkilatları maddi cəhətdən dəstəkləyən məzmunu silirik.
Təmsil edilmə aşağıdakı kimi izah edilir:
- Müəyyən edilmiş təşkilatın üzvü olduğunuzu, yaxud müəyyən edilmiş təşkilat olduğunuzu bildirməyiniz;
- Məs., "Mən Ku Kluks Klanın böyük əjdahasıyam".
- Müəyyən edilmiş təşkilata və ya tədbirə məxsus olan və ya məxsus olması fərz edilən səhifə, profil, tədbir, qrup və ya digər Facebook məhsulunun yaradılması, yaxud onlar adından idarə edilməsi.
- Məs., "Amerika Nasist Partiyası" adlı səhifə.
1-ci və 2-ci səviyyəyə aid Müəyyən edilmiş təşkilatlar və müəyyən edilmiş tədbirlərin təmsil edildiyi məzmunu silirik.
Təhlükəli təşkilatların tipləri və səviyyələri
1-ci səviyyə: terrorçuluq, nifrətə əsaslanan mütəşəkkil fəaliyyət, irimiqyaslı cinayətkar fəaliyyət, bir neçə qurbana zorakılıq edilməsi cəhdi, bir neçə qurbanın olduğu zorakılıq aktı, seriyalı qətl və qaydaları pozan zorakı tədbirlər
Biz mütəşəkkil cinayətlə məşğul olan şəxs və ya təşkilatlar, o cümlədən ABŞ hökumətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar təşkilatlar (SDNTK) kimi müəyyən etdiyi təşkilatlar; nifrət zəminli və ya terrorçu təşkilatlar, o cümlədən ABŞ hökumətinin xarici terrorçu təşkilatlar (FTO) və ya xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçular (SDGT) kimi müəyyən etdiyi təşkilatların platformamızda olmasına icazə vermirik. Biz başqa şəxslərin bu təşkilatları təmsil etməsinə də icazə vermirik. Platformamızda bu təşkilatların liderləri və ya əsas üzvlərinin olmasına, onları təmsil edən simvolların istifadə edilməsinə, yaxud onları və ya onların fəaliyyətini tərifləyən məzmunun, o cümlədən onlara aydın ifadə edilməyən istinadların paylaşılmasına icazə vermirik. Bundan başqa, biz bu şəxs və təşkilatlara dəstək göstərildiyi məzmunu silirik.
Biz Meta-nın terror hücumları, nifrət zəminli tədbirlər, bir neçə qurbanın olduğu zorakılıq aktları və ya bir neçə qurbana zorakılıq edilməsi cəhdi, bir neçə qurbanın olduğu qətl, nifrət zəminli cinayət və ya qanunları pozan zorakı tədbirlər kimi müəyyən etdiyi tədbirlərin tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmuna icazə vermirik. (1) Bu cür hücumların icraçısını (icraçılarını) tərifləyən, dəstəkləyən və ya təmsil edən; (2) bu cür hücumların icraçısının hücumla bağlı yaratdığı məzmuna; yaxud (3) üçüncü tərəflərin qurbanlara hücumların edildiyi anları təsvir edən görüntülərinə icazə vermirik.
Biz müəyyən edilmiş nifrət zəminli ideologiyaların, o cümlədən bunlara aydın ifadə edilməyən istinadların Təriflənməsinə, dəstəklənməsinə və ya təmsil edilməsinə də icazə vermirik.
Terrorçu təşkilatlar və şəxslər aşağıdakı fəaliyyətlərlə məşğul olan qeyri-dövlət subyektləri kimi xarakterizə edilir:
- Məqsədyönlü və planlaşdırılmış zorakılıq aktlarında iştirak etmək, onları müdafiə etmək və onlara ciddi dəstək göstərmək,
- Mülki şəxslər və ya silahlı münaqişə zamanı döyüşlərdə birbaşa iştirak etməyən hər hansı digər şəxsləri öldürmək, onlara xəsarət yetirmək və ya ciddi zərər vurmaq və ya buna cəhd etmək və/yaxud əmlaka vurduqları ciddi ziyanla mülki şəxslərin ölməsi, xəsarət alması və ya ciddi zərərlə qarşılaşmasına səbəb olmaq;
- Mülki əhali, hökumət və ya beynəlxalq təşkilatını məcbur etmək, qorxutmaq və/yaxud təsir altına salmaq niyyəti ilə hərəkət etmək;
- Bu hərəkətləri siyasi, dini və ya ideoloji məqsədlərə nail olmaq məqsədilə etmək.
Nifrət zəminli qurum başqalarının müdafiə edilən xüsusiyyətlərinə görə onlara qarşı nifrətin yayılması və stimullaşdırılması ilə məşğul olan təşkilat və ya şəxs kimi xarakterizə edilir. Qurumun fəaliyyətləri aşağıdakı davranışların ən az birini əhatə edir:
- İnsanların müdafiə edilən xüsusiyyətlərinə görə onları hədəfləyən zorakılıq, təhdid və ya təhlükəli təqib formaları;
- Nifrət nitqindən dəfələrlə istifadə edilməsi;
- Nifrət zəminli ideologiyalar və ya digər müəyyən edilmiş nifrət zəminli qurumların təmsil edilməsi, və (və ya)
- Digər müəyyən edilmiş nifrət zəminli qurumlar və ya nifrət zəminli ideologiyaların Təriflənməsi və ya dəstəklənməsi.
Cinayətkar təşkilatlar üç və ya daha çox şəxsin aşağıdakı fəaliyyətlərlə məşğul olan birliyi kimi xarakterizə edilir:
- ad, rəng (rənglər), əl işarəsi (işarələri) və ya tanınan nişanlar altında birləşmək; və
- qətl, narkotik maddələrin qaçaqmalçılığı və ya adam oğurluğu kimi cinayətkar fəaliyyətlərlə məşğul olmaq və ya məşğul olmaqla təhdid etmək.
Bir neçə qurbanın olduğu zorakılıq aktları və seriyalı qətllər
- Bir hadisə nəticəsində üç və ya daha qurban ölüm və ya ciddi xəsarətlə üzləşdiyi halda bu hadisəni bir neçə qurbanın olduğu zorakılıq aktı və ya bir neçə qurbana zorakılıq edilməsi cəhdi hesab edirik. Belə hücumu etmiş hər hansı şəxs bir neçə qurbanın olduğu zorakılıq aktını həyata keçirmiş və ya həyata keçirməyə cəhd etmiş cinayətkar hesab edilir.
- Müxtəlif yerlərdə və ya vaxtlarda iki və ya daha çox insanı qətlə yetirmiş insanı seriyalı qatil hesab edirik.
Nifrət zəminli ideologiyalar
- Təşkilat və şəxslər haqqında istifadə etdiyimiz anlayışlar onların davranışına əsaslansa da, qəbul edirik ki, müəyyən ideologiya və inanclar mahiyyət etibarilə zorakılıqla və insanları zorakılıq etmək və ya başqalarını müdafiə edilən xüsusiyyətlərinə görə təcrid etmək çağırışları ətrafında toplamaq cəhdləri ilə əlaqədardır. Bu hallarda biz ideologiyanın özünü göstərir və bu ideologiyanı dəstəkləyən məzmunu platformamızdan silirik. Bu ideologiyalara aşağıdakılar daxildir:
- Nasizm
- Ağdərililərin üstünlüyü
- Ağ nasionalizm
- Ağ separatizm
- Biz bu ideologiyaların aşkar şəkildə Tərifləndiyi, dəstəkləndiyi və təmsil edildiyi məzmunu, habelə bu nifrət zəminli ideologiyaların biri və ya bir neçəsinin tərəfdarı olan şəxs və təşkilatların hesablarını silirik.
2-ci səviyyə: Zorakılıqla məşğul olan qeyri-dövlət subyektləri və zorakılığı təşviq edən təşkilatlar
Meta-nın zorakılıqla məşğul olan qeyri-dövlət subyektləri və ya zorakılığı təşviq edən təşkilatlar kimi xarakterizə etdiyi təşkilat və şəxslərin şəxsən və ya onların adından çıxış edən başqa istifadəçilərin vasitəsilə platformalarımızda olmasına icazə verilmir. İcmalar silahlı münqaişələrdə dövlət və ya hərbi subyektlərə qarşı (Zorakılıqla məşğul olan qeyri-dövlət subyektləri) aktiv şəkildə zorakılıq aktları törətdiklərinə və ya gələcəkdə zorakılığın törətməyə hazırlaşdığına və ya onu müdafiə etdiyinə, yaxud da buna şərait yaratdığına (Zorakılığı təşviq edən təşkilatlar) görə onlara maddi dəstəyin göstərilməsinə də icazə verilmir. Biz eyni zamanda bu təşkilatların tərifləndiyi məzmunu da silirik.
Zorakılıqla məşğul olan qeyri-dövlət subyektləri aşağıdakı fəaliyyətlərlə məşğul olan qeyri-dövlət subyekti kimi xarakterizə edilir:
- Silahlı münaqişə zamanı döyüşlərdə birbaşa iştirak edərək qəsdən və açıq şəkildə yüksək ağır dərəcəli zorakılıqla mülki şəxsləri deyil, dövlət, hərbi, yaxud digər silahlı qrupları hədəfə alan məqsədyönlü və planlaşdırılmış yüksək ağır dərəcəli zorakılıq fəaliyyətləri; VƏ/YAXUD
- İcmaların əhəmiyyətli infrastruktur və ya təbii resurslardan məhrum edilməsi; VƏ/YAXUD
- İnfrastruktura mülki şəxslərin ölməsi, xəsarət alması və ya ciddi zərərlə qarşılaşması ilə əlaqədar olmayan ciddi ziyan vurmaq niyyətli hücumlar.
Zorakılığı təşviq edən təşkilatlar aşağıdakı kimi xarakterizə edilir:
Zorakılığı təşviq edən təşkilat (ümumən) aşağıdakı fəaliyyətlərlə məşğul olan qeyri-dövlət subyektidir:
- Məqsədi və ya nəzərdə tutulan funksiyasının hökumətin əvəzinə və ya ona əlavə olaraq icazəsiz hökumət hüquq-mühafizə funksiyası (polis, hərbi, immiqrasiya kimi) təmin etmək; və ya hökumətin hüquq-mühafizə funksiyasını zorakılıq yolu ilə pozmaq kimi ifadə edilməsi;
- Meta-nın platformalarında ifadə edilmiş bu məqsəd uğrunda ciddi addımlar atması; və
- Bir neçə ağır dərəcəli zorakılığın törədilməsi və ya təhdidi əməllərində iştirak etmək (onlayn və ya oflayn);
Nifrətin təşviq edilməsinə görə qadağan edilmiş təşkilat aşağıdakı qeyri-dövlət subyektidir:
- Dəfələrlə nifrət zəminli davranış göstərmiş və ya bəyanatlar paylaşmış, lakin zorakılıq törətmədiyinə və ya zorakılığı aşkar şəkildə dəstəkləmədiyinə, yaxud yuxarıda müəyyən edilmiş təşkilatlar və ya şəxslərlə kifayət qədər əlaqəyə sahib olmadığına görə 1-ci səviyyəyə aid edilməyən təşkilatlar kimi xarakterizə edilir.
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
- Müəyyən hallarda İcma standartlarını poza biləcək məzmun satirik xarakter daşıdıqda onun paylaşılmasına icazə veririk. Məzmunun İcma standartlarını pozan elementləri satira predmeti olduqda və ya bu elementlərin istehza etmək və ya tənqid etmək məqsədilə başqasına aid olduğu göstərildikdə belə məzmuna icazə verilir.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Mobil data
İcma standartlarının tətbiq edilməsi haqqında ən son hesabata baxın
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Təhlükəli şəxs və təşkilatlarla bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun