Bullinq və qısnama
Siyasətin təfərrüatları
DƏYİŞİKLİK JURNALI
Bu gün
22 yanvar 2025
2 İyul 2024
13 Dekabr 2023
28 Sent 2023
29 İyun 2023
30 Mart 2023
26 yanvar 2023
29 Sent 2022
23 Dekabr 2021
13 Okt 2021
26 Avq 2021
4 May 2021
2 Apr 2021
28 yanvar 2021
18 Noyabr 2020
30 İyul 2020
28 May 2020
27 Fev 2020
30 yanvar 2020
16 Dekabr 2019
29 Sent 2019
30 İyul 2019
1 İyul 2019
26 Apr 2019
Siyasətin Əsaslandırılması
Bullinq və qısnama bir çox yerdə təhdidlərin edilməsindən, şəxsiyyəti müəyyən etməyə imkan verən məlumatların yayılmasından təhdid mesajlarının göndərilməsinə, pis niyyətlə arzuolunmaz əlaqənin saxlanılmasına qədər çoxsaylı müxtəlif formalarda baş verir. Belə davranış insanların Facebook, Instagram və Threads-də özlərini təhlükəsizlikdə hiss etmələrinə və hörmətli rəftardan zövq almalarına mane olduğu üçün buna qarşı dözümlülük göstərmirik.
Xəbərlərdə işıqlandırılan və ya geniş auditoriyası olan insanlar haqqında çox vaxt tənqidi şərhlərlə müşayiət olunan müzakirələrə icazə vermək istədiyimizdən ictimai xadimlər və fiziki şəxslər üçün fərqli strategiyadan istifadə edirik. Söhbət ictimai xadimlərdən getdikdə kəskin hücumları, eləcə də ictimai xadimlərin paylaşım və ya şərhdə teqləndikləri müəyyən hücumları silirik. Bu siyasətdə ictimai xadimlər dövlət və milli səviyyəli hökumət rəsmiləri, bu vəzifələrə siyasi namizədlər, sosial mediada bir milyondan çox izləyicisi olan insanlar və xəbərlərdə işıqlandırılan insanları bildirir.
Fiziki şəxsləri daha geniş çərçivədə qoruyuruq: İnsanları alçaltmaq və ya utandırmaq məqsədi daşıyan məzmunu, məsələn, kiminsə seksual xarakterli fəaliyyəti haqqında iddiaları silirik. Bullinq və qısnamanın yetkinlik yaşına çatmamış şəxslərə daha çox emosional təsir göstərə biləcəyini anlayırıq, bu səbəbdən siyasətlərimizdə istifadəçi statusundan asılı olmayaraq 18 yaşı tamam olmamış istənilən şəxs üçün daha ciddi müdafiə tədbirləri nəzərdə tutulur.
Kontekst və niyyət vacibdir, bu səbəbdən məzmunun bullinq və qısnamanı qınamaq və ya onlara diqqət çəkmək məqsədilə paylaşıldığı aydındırsa, insanlara paylaşım etməyə və paylaşmağa icazə veririk. Müəyyən hallarda, hədəfə alınan şəxsin özünü bullinq və ya qısnamaya məruz qalmış hiss etdiyini anlamağımıza yardım edəcəyindən sözügedən şəxsin özünün şikayət göndərməsini tələb edirik. Belə davranış və məzmun haqqında şikayətin edilməsindən əlavə, istifadəçiləri insanları belə davranış və məzmundan qorumaq üçün platformalarımızdan istifadə etməyə həvəsləndiririk.
Bundan başqa, bullinq və başqa münaqişələrlə əlaqədar məsələlərdə dəstək axtaran yeniyetmə, valideyn və pedaqoqlar üçün resurs rolu oynayan Bullinqin qarşısının alınması mərkəzimiz mövcuddur. Burada bullinq haqqında vacib söhbətlərin necə başladılmalı olduğu haqqında məlumat daxil olmaqla, ətraflı təlimat təklif edilir. İnsanları bullinq və qısnamadan qorumaq üçün hansı tədbirləri görməyimiz haqqında ətraflı məlumat almaq üçün buraya nəzər salın.
Qeyd: Bu siyasət Təhlükəli təşkilatlar və şəxslər haqqında siyasətimiz çərçivəsində müəyyən edilmiş təşkilatların üzvü olan şəxslərə və ya 1900-cü ildən əvvəl vəfat etmiş şəxslərə şamil edilmir.
1-ci səviyyə: Hər kəs üçün universal müdafiə:
- Hər kəs aşağıdakılardan qorunur:
- Aşağıdakıları ehtiva edən arzuolunmaz təmas:
- Təkrarlanan, VƏ YA
- Cinsi qısnama formasında, VƏ YA
- Əvvəlcədən razılıq alınmadan çox sayda insana ünvanlanan.
- Müəyyən şəxs və ya insanlar qrupunun özünə xəsarət yetirmə və ya intihara çağırılması.
- İnsanların cinsi toxunulmazlığa qarşı qəsd, cinsi istismar, cinsi qısnama və ya məişət zorakılığı qurbanı olmasına görə hücumlar.
- Başqasına qarşı seksual xarakterli hərəkət etmək niyyəti və ya belə hərəkətlərin müdafiə edilməsi.
- Kobud seksual xarakterli şərhlər.
- Alçaldıcı seksuallaşdırılmış fotoşop və ya rəsmlər
- Hər hansı şəxsə seksual xarakterli fəaliyyətlə bağlı təhqiramiz sözlərlə hücumlar (məsələn, "qəhbə", "qancıq").
- Zorakılığın tətbiq edildiyi faciənin baş vermədiyi barədə iddialar.
- Hər hansı şəxsin zorakılığın tətbiq edildiyi faciənin və ya terrorist hücumunun qurbanı olması ilə bağlı yalan deməsi, o cümlədən aşağıdakılar haqqında iddialar:
- Hər hansı şəxsin özünü konkret hadisənin qurbanı kimi göstərməsi; yaxud
- Onun insanları hadisədəki rolu barədə yanıltmaq üçün ödəniş alması və ya tutulması.
- Hər hansı şəxsi telefon nömrəsi, yaşayış ünvanı, e-poçt ünvanı və ya tibbi məlumatlarını yaymaqla təhdid etmək (Məxfilik hüquqlarının pozulması haqqında siyasətdə müəyyən edildiyi kimi).
- Bullinq və/yaxud qısnama çağırışları və ya belə hərəkətləri etmək niyyətinin bəyan edilməsi.
- Menstruasiya, sidik ifrazı, qusma və ya defekasiya prosesində və ya ondan dərhal sonra təsvir edilmiş insanları daha da alçaldan və onlara qarşı ikrah ifadə edən məzmun
- Aşağıdakılardan hər kəs qorunur, lakin yetkinlik yaşına çatmış ictimai fiqurlar aşağıdakılardan məqsədyönlü şəkildə qorunmalıdır:
- Ölüm arzulamaq, xəstəliyə yoluxma və ya tibbi vəziyyətin yaranması üçün bəyanatlar etmək.
- Ölüm və ya tibbi vəziyyəti bayram etmək və ya lağa qoymaq.
- Cinsi yolla ötürülən infeksiyalar barədə iddialar.
- Fiziki görünüşün çatışmazlıqları haqqında bəyanatlar.
2-ci səviyyə: Bütün yetkinlik yaşına çatmamış şəxslər, yetkinlik yaşına çatmış fərdi şəxslər və məhdud dairədə tanınan ictimai fiqurlar (məsələn, əsasən fəallığı, jurnalist fəaliyyəti ilə tanınan və ya iradələri xaricində tanınmış şəxslər) üçün əlavə müdafiə üsulları:
- Bütün yetkinlik yaşına çatmamış şəxslər (fərdi şəxslər və ictimai fiqurlar), yetkinlik yaşına çatmış fərdi şəxslər və məhdud dairədə tanınan ictimai fiqurlar hər kəs üçün nəzərdə tutulmuş universal müdafiə vasitələri ilə yanaşı aşağıdakılardan müdafiə ilə təmin olunur:
- Yetkinlik yaşına çatmış şəxslərə qarşı cinayət ittihamları konteksti (razılıqsız seksual təmas) istisna olmaqla, seksual xarakterli fəaliyyət barədə iddialar.
- Yetkinlik yaşına çatmış başqa şəxsi seksuallaşdıran məzmun (yetkinlik yaşına çatmamış şəxslərin seksuallaşdırılması Uşaq cinsi istismarı, zorakılıq, çılpaq görüntüsü siyasətində əhatə olunur).
- Bütün yetkinlik yaşına çatmamış şəxslər (fərdi şəxslər və ictimai fiqurlar), yetkinlik yaşına çatmış fərdi şəxslər və məhdud dairədə tanınan ictimai fiqurlar aşağıdakılardan qorunur, lakin yetkinlik yaşına çatmamış ictimai fiqurlar aşağıdakılardan məqsədyönlü şəkildə qorunmalıdır:
- Aşağıdakılar haqqında alçaldıcı müqayisələr (yazılı və ya vizual formada):
- Heyvan və həşəratlar, o cümlədən mədəni stereotiplərə görə aşağı səviyyəli hesab edilən canlılar.
- Bakteriya, virus, mikrob və xəstəliklər.
- Cansız əşyalar, o cümlədən zibil, çirk, nəcis.
- Müəyyən fiziki xüsusiyyəti (burun, qulaq və s.) vurğulamaq, dairəyə almaq və ya başqa üsulla mənfi şəkildə önə çəkmək məqsədilə düzəliş edilmiş məzmun.
- İnsanları fiziki görünüşünə və ya xasiyyətinə görə sıralayan məzmun.
- Fiziki bullinqə məruz qalarkən təsvir olunmuş şəxsləri alçaldan məzmun (döyüş idman növləri konteksti istisna olmaqla).
3-cü səviyyə: Yetkinlik yaşına çatmamış fərdi şəxslər, yetkinlik yaşına çatmış fərdi şəxslər və iradəsi xaricində tanınmış yetkinlik yaşına çatmamış ictimai fiqurlar üçün əlavə müdafiə üsulları:
- Bütün yetkinlik yaşına çatmamış fərdi şəxslər, yetkinlik yaşına çatmış fərdi şəxslər (özləri şikayət etməlidir) və iradəsi xaricində tanınmış yetkinlik yaşına çatmamış ictimai fiqurlar yuxarıda sadalananlarla yanaşı aşağıdakılardan qorunmalıdır:
- Konkret bir şəxsə ünvanlanmış söyüş.
- Romantik münasibətlər, cinsi oriyentasiya və ya gender mənsubiyyəti haqqında iddialar.
- Cəmiyyətdən təcrid edilmələri haqqında fəaliyyətə çağırışlar, niyyətin ifadə edilməsi, həvəsləndirici və ya şərti bəyanatlar və ya bunu müdafiə edən və ya dəstəkləyən ifadələr.
- Yetkinlik yaşına çatmış şəxslərə qarşı cinayət ittihamları və işgüzar fəaliyyətin yoxlanılması konteksti istisna olmaqla, xarakter və ya bacarıqlar barədə mənfi xarakterli iddialar.
- Yetkinlik yaşına çatmış şəxslərə qarşı cinayət ittihamları konteksti istisna olmaqla, iyrənmə və ya ikrah ifadələri, yaxud şəxsin varlığını inkar edən məzmun.
- Yetkinlik yaşına çatmamış fərdi şəxslər, yetkinlik yaşına çatmış fərdi şəxslər və iradəsi xaricində tanınmış yetkinlik yaşına çatmamış ictimai fiqurlar özləri şikayət etdikləri halda aşağıdakılardan qorunur:
- Birinci şəxsin dilindən bullinq.
- Arzuolunmaz şəkildə redaktə edilmiş görüntülər.
- Xarici görünüşünə görə başqa ictimai fiqur, bədii obraz və ya fərdi şəxslərlə müqayisə.
- Dini mənsubiyyət və ya kafirlik haqqında iddialar
- Mədəni stereotiplərə görə zehni və fiziki baxımdan yetərsiz hesab edilməyən heyvan və ya həşəratlarla müqayisələr ("pələng", "aslan").
- Xarici görünüşün neytral və ya müsbət təsvirləri.
- Xarakter və ya bacarıqlar haqqında mənfi olmayan iddialar.
- Cinsi aktivliyin olmaması ilə əlaqədar alçaldıcı sözlərin istifadə edildiyi hücumlar.
4-cü səviyyə: Yalnız yetkinlik yaşına çatmamış fərdi şəxslər üçün əlavə müdafiə üsulları:
- Siyasətimiz çərçivəsində yetkinlik yaşına çatmamış şəxslər daha çox qorunur. Yetkinlik yaşına çatmamış fərdi şəxslər yuxarıda sadalananlarla yanaşı aşağıdakılardan qorunmalıdır:
- Cinayətkar və ya qeyri-qanuni davranışla bağlı ittihamlar.
- İstənilən kontekstdə paylaşılan, yetkinlik yaşına çatmamış şəxsə qarşı fiziki bullinqi əks etdirən videolar.
- Qadın cinsi ilə bağlı söyüşlərlə əlaqədar alçaldıcı ifadələr.
Səhifələr, qruplar, tədbirlər və mesajlar vasitəsilə bullinq və qısnama
- 1 və 4-cü səviyyələrdə nəzərdə tutulmuş müdafiə üsulları səhifələr, qruplar, tədbirlər və mesajlarda da tətbiq edilir.
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
Aşağıdakılara yol verməyin:
- Arzuolunmaz səhifə, qrup və tədbirlər vasitəsilə fərdi şəxsləri hədəfə alan məzmun paylaşmaq. Hədəfə alınan şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət edildikdə bu məzmunu silirik.
- Yuxarıda təsvir olunduğu kimi, hədəfə alınan şəxsin məzmundan şikayət etməsini tələb edəcək və ya paylaşan şəxsin birbaşa həmin şəxsi hədəfə aldığını göstərən (məsələn, hədəfə alınan şəxs paylaşımda və ya şərhdə teqlənib) məzmun paylaşmaq. Hədəf alınan şəxs və ya onun (yaşayıb-yaşamamasından asılı olmayaraq) səlahiyyətli nümayəndəsi məzmunun arzuedilməz olduğunu təsdiqlədikdə bu məzmunu silirik.
- Siyasətlərimiz çərçivəsində bullinq və qısnama hesab ediləcək davranışa çağırış edən və ya belə davranış nümayiş etdirmək niyyəti bəyan edən məzmun paylaşmaq. Hədəfə alınan şəxs və ya onun səlahiyyətli nümayəndəsi məzmunun arzuedilməz olduğunu təsdiqlədikdə bu məzmunu silirik.
- İctimai fiquru seksuallaşdıran məzmun paylaşmaq. Hədəfə alınan şəxs və ya onun səlahiyyətli nümayəndəsi məzmunun arzuedilməz olduğunu təsdiqlədikdə bu məzmunu silirik.
- Resipiyent üçün cinsi qısnama yaradan təmasa təşəbbüs. Resipiyent və ya onun səlahiyyətli nümayəndəsi məzmunun arzuedilməz olduğunu təsdiqlədikdə arzuedilməz kontekstdə paylaşılan məzmunu silirik.
- Aşağıdakı hallarda təşkil olunmuş kütləvi qısnamanın olduğu məzmunu silmək:
- Hər hansı platforma vasitəsilə aşağıdakı kimi müəyyən edilən "real həyatda zərər vurulma riski yüksək olan şəxsləri" hədəfə almaq:
- İnsan hüquqları müdafiəçiləri;
- Yetkinlik yaşına çatmamış şəxslər;
- Zorakılığın tətbiq edildiyi hadisələrin/faciələrin qurbanları;
- Seçki dövrlərində riskli ölkələrdə müxalifət nümayəndələri;
- Seçki rəsmiləri;
- Dissident statuslarına görə hədəfə alınmış siyasi dissidentlər;
- Münaqişə zonalarında etnik və dini azlıqlar;
- Müəyyən edilmiş və tanınan risk qruplarının üzvləri.
- Gələnlər qutusu və ya profil kimi şəxsi ünsiyyət platformaları vasitəsilə aşağıdakılardan istifadə etməklə hər hansı şəxsi hədəfə almaq:
- Fərdi şəxslərə qarşı bullinq və qısnama ilə mübarizə qaydalarını pozan məzmun,
- Müdafiə edilən xüsusiyyətlərlə bağlı arzuolunmaz məzmun.
- Aşağıdakılardan hər hansının tərkib hissəsi kimi kütləvi qısnamada iştirak edən hesabları deaktiv etmək:
- Hər hansı platforma vasitəsilə hər hansı şəxsi hədəfə alan dövlət şəbəkələri və ya dövlətlə əlaqəli şəbəkələr.
- Aşağıdakılar vasitəsilə hər hansı platformada hər hansı şəxsi hədəfə alan qarşıdurma şəbəkələri:
- Fərdi şəxslərə qarşı bullinq və qısnama ilə mübarizə qaydalarını pozan məzmun,
- Hər hansı şəxsi müdafiə edilən xüsusiyyətlərinə görə hədəfə alan məzmun;
- Yerli kontekstdə başqa əsaslarla arzuolunmaz hesab olunan məzmun və ya davranış
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Mobil data
İcma standartlarının tətbiq edilməsi haqqında ən son hesabata baxın
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Bullinq və qısnama ilə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun