Siyasətin Əsaslandırılması
Autentiklik icmamızın təməl daşıdır. Hesab edirik ki, autentiklik insanların bir-biri və Meta qarşısında şüurlu şəkildə məsuliyyət daşıdığı icma yaratmağımıza kömək edir. Biz insanların şəxsiyyətlərini qlobal icmamızda ifadə etməsi üçün bir çox imkanlar yaratmaq, eyni zamanda özünü başqa şəxs kimi təqdimetmə və şəxsiyyətin yanlış təqdim edilməsi hallarının qarşısını almaq istəyirik. İnsanların bir-birinə etibar edə və icma qura biləcəyi təhlükəsiz və açıq mühiti saxlamaq məqsədilə başqalarını aldatmaq üçün yaradılan, yaxud istifadə edilən hesab və ya profillərin yaradılmasına icazə vermirik.
Facebook-da insanlardan gündəlik həyatlarında istifadə etdikləri və autentik şəxsiyyətlərini əks etdirən addan istifadə edərək bir hesab yaratmaqlarını tələb edirik. İnsanlara öz şəxsiyyətlərinin maraqları və ya biznesləri kimi müxtəlif hissələrini ifadə etməyə kömək etmək üçün Əlavə profillər yaratmışıq. Aşağıdakı hallarda xidmətlərimizdən istifadə etməyə icazə vermirik və Facebook, Instagram və Threads hesablarını və ya digər Facebook məhsullarını (Səhifələr, qruplar kimi) məhdudlaşdıracaq və ya deaktiv edəcəyik:
Yetkinlik yaşına çatmamış uşağa aid olduqda
Aşağıdakı fəaliyyətlərlə özünü başqa şəxs və ya qurum kimi təqdim etdikdə:
Başqalarını aldatmaq məqsədilə onların şəklindən (şəkillərindən), adlarından və ya onlara oxşarlıqlarından istifadə etmək
İstifadəçinin səlahiyyəti olmadığı halda başqa şəxs və ya qurum adından danışmaq (məsələn, Səhifə və ya Profil yaratmaqla)
Başqalarını yanıltmaq və ya aldatmaq, İcma standartlarımızla nəzərdə tutulmuş tədbirləri görməmək və ya bu standartları pozmaq məqsədilə şəxsiyyətin yanlış təqdim edilməsi ilə məşğul olmaq. Şəxsiyyətin yanlış təqdim edilməsi hallarının qiymətləndirilməsi zamanı bir sıra amilləri nəzərə alırıq:
Ad və ya yaş kimi şəxsiyyətlə bağlı məlumatların təkrar-təkrar və ya ciddi şəkildə dəyişdirilməsi
Bioqrafiya və profilin yeri kimi profil məlumatlarının yanıldıcı xarakterə malik olması
Hazır şəkillərdən istifadə edilməsi
İcma standartlarını pozan addan istifadə etdikdə.
Aşağıdakı hallarda Facebook-da profil və ya hesabların fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və həmişəlik deaktiv edilməsi kimi tədbirləri görməzdən əvvəl əlavə məlumat axtaracağıq:
Yanlış doğum tarixi göstərildikdə
Gündəlik həyatda tanındığınız həqiqi adınız olmayan addan istifadə etdikdə
Birdən çox insanı təmsil edən və ya birdən çox insan tərəfindən istifadə edilən vahid hesab yaratdıqda
Bir neçə Facebook hesabı yaratdıqda və ya istifadə etdikdə
Biznes, ev heyvanı və ya bədii obraz kimi insan olmayan varlığı ifadə edən hesab yaratdıqda
Uzun müddət istifadə edilməmiş boş hesablar saxladıqda
Azarkeş, satira və parodiya hesabları
Biz fanat rəyi, yumor, parodiya, satira, tənqid, şərh və şəxsi fikirlərə həsr olunmuş hesabların yaradılmasına icazə veririk. Hesab ən azı hesab adında qeyri-rəsmi statusunu açıq şəkildə göstərməli, ideal olaraq isə profil fotosu və ya bioqrafiya kimi profilin digər bölmələrində də bunu qeyd etməlidir (məsələn, istifadəçi adı və ya ada “fanat səhifəsi” ifadəsini əlavə etməklə). Qeyri-rəsmi xarakterini açıq şəkildə göstərməyən hesablar məhdudlaşdırıla və ya silinə bilər.