Yetkinlik yaşına çatmış şəxslərin çılpaq görüntüsü və seksual xarakterli fəaliyyəti

Siyasətin təfərrüatları

DƏYİŞİKLİK JURNALI
Siyasətin Əsaslandırılması
İcmamızdakı bəzi insanlar xüsusilə də mədəni mənşəyi və ya yaşına görə bu növ məzmuna həssas reaksiya verə biləcəyindən çılpaq görüntü və seksual xarakterli fəaliyyətin nümayiş etdirilməsini məhdudlaşdırırıq.
Biz başa düşürük ki, çılpaq görüntülər müxtəlif səbəblərdən, o cümlədən etiraz forması kimi, məlumatlılığı artırmaq üçün və ya təhsil və ya tibbi səbəblərdən paylaşıla bilər. Müvafiq və bu niyyətin aşkar şəkildə göstərildiyi hallarda bu məzmunun paylaşılmasına icazə veririk. Məsələn, qadın döşünün giləsinin göründüyü bəzi şəkillərin paylaşılmasını məhdudlaşdırsaq da, etiraz aktları, qadınların uşağa süd verməsi və mastektomiya əməliyyatından sonrakı çapıqların təsvir edildiyi fotolar kimi şəkillərə icazə veririk (bəzən həssas xəbərdarlıq ekranı və yaşa əsaslanan məhdudiyyətlər ilə etiketləyirik). Həmçinin rəsm, heykəllər və s. kimi çılpaq görüntünü təsvir edən real dünya incəsənətinə icazə veririk (bəzən bu təsvirləri həssas xəbərdarlıq ekranı və ya yaşa əsaslanan məhdudiyyətlərlə etiketləyirik). Razılıqsız paylaşılmış və yetkinlik yaşına çatmamış şəxslərin iştirak etdiyi məzmunun paylaşılmasının qarşısını almaq üçün seksual xarakterli görüntüləri də silirik.
Bu siyasətə uyğun olaraq çılpaqlıq və cinsi fəaliyyətlə bağlı real fotoşəkilləri, çılpaqlıq və cinsi fəaliyyətlə bağlı süni intellektlə və ya kompüterdə yaradılmış şəkilləri və "fotorealistik" görünməsinə (real insana bənzəməsinə) baxmayaraq rəqəmsal görüntüləri silirik. Yuxarıda qeyd olunduğu kimi real sənət əsərinə və müəyyən tibbi, təhsillə bağlı və məlumatlılıq yaradan məzmunun paylaşılmasına icazə verərkən diqqətlə hərəkət edirik və bunlar siyasətdə təfərrüatı ilə qeyd olunub.
Uşaqların çılpaq görüntüsü ilə bağlı məzmun Uşaqların cinsi istismarı və çılpaq görüntüsü ilə bağlı İcma standartımızla əhatə olunur.
Bütün istifadəçilər üçün aşağıdakı məzmunun paylaşılmasına icazə vermirik:
Yetkinlik yaşına çatmış şəxslərin çılpaq görüntüləri
  • Aşağıdakıları təsvir etdiyi halda yetkinlik yaşına çatmış şəxsin fotorealistik/rəqəmsal çılpaq görüntüsü:
    • Cinsi orqanların görünməsi (yalnız qasıq tükü və ya rəqəmsal örtüklə gizlədilmiş cinsi orqanlar daxil olmaqla)
    • Anusun görünməsi və/yaxud sağrıların yaxından göstərilməsi
    • Süd verilməsi və ya etiraz aktı kimi paylaşılan görüntülər istisna olmaqla, qadın döş gilələrinin görünməsi
  • İnsanların xəbəri olmadan çəkilmiş paça, qadın sinəsi və ya qasıqlar fotorealistik/rəqəmsal videolar
  • Qeyd etmək lazımdır ki, tibbi və ya səhiyyə konteksti kimi əlavə xüsusi kontekstlərdə bəzi məhdudiyyətlərlə yetkinlik yaşına çatmış şəxslərin çılpaq görüntülərinin təsvirinə icazə verə bilərik. Bu, aşağıdakı bölmədə daha təfərrüatlı əhatə edilib.
Yetkinlik yaşına çatmış şəxslərin seksual xarakterli fəaliyyəti
  • Yetkinlik yaşına çatmış şəxsin seksual xarakterli fəaliyyətinin fotorealistik/rəqəmsal görüntüləri, o cümlədən:
    • Aşkar seksual xarakterli fəaliyyət və ya seksual stimulyasiya:
      • Bir şəxsin ağız və ya cinsi orqanlarının başqa şəxsin cinsi orqanlarına və ya anusuna nüfuz etməsi və ya təması, yaxud cinsi orqanın seks oyuncağı üzərinə qoyulması və ya içinə yerləşdirilməsi kimi göstərilən, şəxslərdən ən az birinin cinsi orqanlarının və ya anusunun göründüyü aşkar cinsi əlaqə və ya oral cinsi əlaqə
      • Stimulyasiya və ya seks oyuncaqlarının bir şəxsin cinsi orqanına və ya anusuna nüfuz etməsi kimi göstərilən, cinsi orqanlar və ya anusla təmasın birbaşa göründüyü vəziyyətdə bir şəxsin cinsi orqanı və ya anusunun aşkar stimulyasiyası
    • Aşkar seksual xarakterli fəaliyyət və ya seksual stimulyasiya:
      • Bir şəxsin ağız və ya cinsi orqanlarının başqa şəxsin cinsi orqanlarına və ya anusuna nüfuz etməsi və ya təması kimi göstərilən, cinsi orqanların, yaxud anusun və (və ya) fəaliyyətin və ya təmasın birbaşa görünmədiyi halda üstüörtülü cinsi əlaqə və ya oral cinsi əlaqə
      • Cinsi orqanlar və ya anus, stimulyasiya, yerləşdirmə və (və ya) nüfuzetmənin birbaşa görünmədiyi vəziyyətdə, stimulyasiyada göstərildiyi kimi, bir şəxsin cinsi orqanı və ya anusunun aşkar stimulyasiyası və ya seks oyuncaqlarının bir şəxsin cinsi orqanı və ya anusunun üzərinə yerləşdirilməsi və ya oraya nüfuz etməsi kimi və ya cinsi orqanların seks oyuncaqları üzərində yerləşdirilməsi və ya oraya nüfuz etməsi
      • Digər insanın cinsi orqanı və ya anusu ilə birlikdə başqa bir şəxsin əli, ağzı və ya cinsi orqanları arasında əlaqənin başlamaq üzrə olduğunu irəli sürən mövqelərdə göstərildiyi kimi, baş verməkdə olan seksual xarakterli fəaliyyət.
    • Digər seksual xarakterli fəaliyyət və ya stimulyasiya:
      • Ereksiya
      • Seksual xarakterli fəaliyyətin nəticələrinin görünməsi
      • Seks oyuncaqlarının ağızın yanında yerləşdirilməsi və ya ağıza nüfuz etməsi
      • İnsanın çılpaq döş gilələrinin stimulyasiyası
      • Barmaqların döşdə iz qoyması və döşün formasını dəyişməsinə səbəb olan hərəkət kimi müəyyən edilən qadın döşlərinin sıxılması. Döşün süd verilərkən sıxıldığı görüntülərin paylaşılmasına icazə veririk.
    • Aşağıdakıları ehtiva edən fetişizmi əks etdirən fotorealistik/rəqəmsəl şəkil və ya real dünya incəsənəti:
      • İnsan və ya heyvanın ölümünə səbəb ola biləcək hərəkətlər
      • Doğranmış bədən
      • Kannibalizm
      • Nəcis, sidik, tüpürcək, burun seliyi, menstruasiya və ya qusuntu
      • Zoofiliya
      • İnsest
      • BDSM (asılılıq və intizam, dominantlıq və tabeçilik, sadizm və mazoxizm), yalnız seksual xarakterli göstəricilər mövcud olduqda
  • Tibbi və ya sağlamlıq kontekstində aşkar seksual fəaliyyət və ya stimulyasiyanın fotorealistik görüntüsü
  • Seksual xarakterli fəaliyyətin geniş audioyazısı
  • Qeyd etmək lazımdır ki, tibbi və ya səhiyyə konteksti kimi xüsusi kontekstlərdə bəzi məhdudiyyətlərlə seksual xarakterli fəaliyyətin təsvirinə icazə verə bilərik. Bu, aşağıdakı bölmədə daha təfərrüatlı əhatə edilib.
Aşağıdakı məzmunu 18 yaşına çatmamış şəxslərin görməməsi üçün məhdudiyyət tətbiq edir və insanları məzmunun həssas ola biləcəyi haqqında məlumatlandırmaq üçün etiket əlavə edirik:
  • Tibbi və ya sağlamlıq kontekstində paylaşılmış açıq seksual fəaliyyət və ya stimulyasiyanın görüntüsünün rəqəmsal və real dünya incəsənətində təsviri
  • Tibbi və ya sağlamlıq kontekstində gizli və ya digər seksual xarakterli fəaliyyət və ya stimulyasiyanın fotorealistik/rəqəmsal və real dünya incəsənətində təsviri
  • Cinsiyyətin dəyişdirilməsi əməliyyatı kontekstində görünən cinsiyyət orqanları, anus, çılpaq sağrıların yaxından görüntüsü və ya qadın döş gilələrinin fotorealistik/rəqəmsal və real dünya incəsənətində təsviri
  • Şəklin fokusunun tibbi və ya sağlamlıq kontekstində çılpaq görüntü olduğu halda, görünən cinsi orqanların real dünya incəsənətində təsviri (o cümlədən rəqəmsal örtük və ya maneə ilə örtülmüş cinsi orqan və yalnız qasıq tükü ilə örtülmüş cinsi orqan), görünən anus, görünən qasıq və ya qadın döş gilələrinin yaxından təsviri
  • Aclıq, genosid, müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər kontekstində paylaşıldığı halda, görünən cinsi orqanların fotorealistik/rəqəmsal təsviri (o cümlədən rəqəmsal örtük və ya maneə ilə örtülmüş cinsi orqan və yalnız qasıq tükü ilə örtülmüş cinsi orqan), görünən qasıqların yaxından təsviri, görünən anus və ya qadın döş gilələri
Aşağıdakı məzmuna baxış imkanını yetkinlik yaşına çatmış və 18 yaşı tamam olmuş şəxslərlə məhdudlaşdırırıq:
  • Yalnız rəqəmsal örtük və ya qeyri-şəffaf obyektlə və şəffaf geyimlə örtülmüş yarımçılpaqlığın müəyyən mərhələlərini təsvir edən fotorealistik/rəqəmsal görüntü
  • Paça, qasıq və ya qadın döşünün (döşlərinin) şəklin fokusunda olduğu insanların fotorealistik/rəqəmsal görüntüsü
  • Yalnız bədən forması və ya konturları göründüyü halda, aşkar, gizli və ya digər seksual xarakterli fəaliyyət və ya stimulyasiyanın fotorealistik/rəqəmsal və real dünya incəsənətində təsviri
  • Aşağıdakıları təsvir edən real incəsənət əsəri:
    • Tibb və ya sağlamlıq kontekstində paylaşılan görüntülər istisna olmaqla, üstüörtülü, açıq-aşkar və ya digər seksual fəaliyyət və ya stimulyasiyanı təsvir edən görüntülər
    • Məzmun neytral kontekstdə və ya qınamaq məqsədilə paylaşıldığı və təsvir edilmiş insanlar və ya heyvanlar real olmadığı halda zoofiliyanın təsvir edildiyi görüntülər.
  • Üstüörtülü, açıq-aşkar və ya digər seksual fəaliyyət və ya stimulyasiyanı təsvir edən qəbul edilmiş bədii fotorealistik görüntülər
  • Aşağıdakıları təsvir edən fotorealistik/rəqəmsal görüntü:
    • Dil göründüyü halda öpüşmə, seksual və ya erotik rəqs kimi cinsi xarakterli fəaliyyət
    • Seksual xarakterli fəaliyyəti stimullaşdıran insanlar
    • Cinsi orqanlar, masturbasiya, oral cinsi əlaqə və ya cinsi əlaqəni ifadə edən jestlər
    • Məşhur pornoqrafiya veb-saytlarının loqosu, ekran görüntüsü və ya videoklipləri
  • Seksual xarakterli fəaliyyətin audioyazısını ehtiva edən məzmun
Aşağıdakı məzmunlara məzmunun həssas ola biləcəyi haqqında etiket əlavə edirik:
  • Aşağıdakıları təsvir edən fotorealistik/rəqəmsal görüntü:
    • Tibbi və ya sağlamlıq kontekstində paylaşıldığı halda, görünən cinsi orqanlar (o cümlədən rəqəmsal örtük və ya maneə ilə örtülmüş cinsi orqan və yalnız qasıq tükü ilə örtülmüş cinsi orqan), görünən qasıqların yaxından təsviri və ya görünən anus. Buraya daxil ola bilər:
      • Doğuş və doğuşdan sonrakı dövr
      • Xərçəngin və ya başqa xəstəliyin müstəqil müayinəsi
  • Tibbi və ya sağlamlıq kontekstində paylaşıldığı halda, görünən qadın döş gilələri (o cümlədən mastektomiya və ya xərçəngdən xilas olanların tatuları)
Aşağıdakı İcma standartlarına uyğunluğu təmin etmək üçün əlavə məlumat və/yaxud kontekst tələb edirik:
  • Müəyyən hallarda yaşı 18 və daha yuxarı şəxslər üçün etiketlənmiş, İcma standartlarını poza biləcək məzmun satirik xarakter daşıdıqda onun paylaşılmasına icazə veririk. Məzmunun İcma standartlarını pozan elementləri satira predmeti olduqda və ya bu elementlərin istehza etmək və ya tənqid etmək məqsədilə başqasına aid olduğu göstərildikdə belə məzmuna icazə verilir.
İstifadəçi təcrübələri
İcma standartlarının tətbiq edilməsinin Facebook-dakı insanlar üçün necə görünməsinə dair bəzi nümunələrə baxın: Facebook-da olmamalı olduğunu düşündüyünüz nədənsə şikayət etmək, sizə İcma standartlarımızı pozduğunuzun deyilməsi və müəyyən məzmunun üzərində xəbərdarlıq ekranı görmək necədir.
Qeyd: Biz hər zaman özümüzü təkmilləşdiririk, ona görə də burada gördükləriniz hazırda istifadə etdiyimiz metodlardan cüzi şəkildə fərqlənə bilər.
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayət etmək
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Şikayətin edilməsindən sonra kommunikasiya
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Məzmunun silinməsi
İSTİFADƏÇİ TƏCRÜBƏSİ
Xəbərdarlıq ekranları
Mobil data
İcma standartlarının tətbiq edilməsi haqqında ən son hesabata baxın
Siyasətlərin tətbiq edilməsi
Bütün dünyada Facebook-da olan hər kəs üçün eyni siyasətləri tətbiq edirik.
Dəyərləndirmə komandaları
15 000-dən artıq dəyərləndirmə mütəxəssisindən ibarət qlobal komandamız hər gün Facebook-da insanların təhlükəsizliyini təmin etmək üçün çalışır.
Maraqlı tərəflərin iştirakı
Kənardan cəlb edilmiş ekspertlər, akademiklər, QHT-lər və siyasətçilər Facebook İcma Standartlarının formalaşdırılmasına kömək edirlər.
Yetkinlik yaşına çatmış şəxslərin çılpaq görüntüsü və seksual xarakterli fəaliyyəti ilə bağlı kömək alın
Facebook-da İcma standartlarına zidd olan nə isə gördüyünüz halda nə edə biləcəyinizi öyrənin.
Yardım mərkəzimizə daxil olun