Siyasətin Əsaslandırılması
Təhlükəsiz mühiti qorumaq və ifadə azadlığını təşviq etmək üçün icmamıza zərər verən hesabları məhdudlaşdırır və ya silirik. Bütün məhsullarımızda siyasətlərimizin aşkar və ya davamlı şəkildə pozulması üçün istifadə edilən hesabları məhdudlaşdırmaq və silmək üçün avtomatlaşdırılmış və əl ilə idarə edilən sistemlərin kombinasiyasını qurmuşuq.
İstifadəçinin hesabının silinməsi ciddi tədbir olduğuna görə, mümkün qədər icmamıza qaydalarımızı öyrənmək və İcma standartlarımıza riayət etmək fürsəti verməyə çalışırıq. Məsələn, hər dəfə biz məzmunu sildikdə bildiriş göndərilir və əksər hallarda, insanları pozuntunun xarakteri və tətbiq olunan hər hansı məhdudiyyət barədə də məlumatlandırırıq. Qaydalarımızın icrasına nəzarət tədbirlərimiz yol verilmiş pozuntu halına, hesabdakı pozuntu tarixçəsinə və icmaya dəyən risk və ya zərərə mütənasib olaraq təyin edilir. Dəfələrlə edilən xəbərdarlıq və qoyulmuş məhdudiyyətlərə baxmayaraq davam edən və ya ciddi təhlükəsizlik riskləri yaradan pozuntu halları hesabın deaktiv edilməsinə səbəb olur.
Meta-nın siyasətlərini icra etmə və hesabları məhdudlaşdırma qaydaları haqqında ətraflı məlumatı Şəffaflıq Mərkəzində əldə edin. Aşağıdakı hesabları, digər şəxsləri (səhifələr, qruplar, tədbirlər) və biznes aktivlərini (Biznes menecerləri, reklam hesabları) məhdudlaşdıra və ya deaktiv edə bilərik:
Aşkar zərər ehtiva edərək İcma standartlarımızı pozan, o cümlədən şəxsi və ya ictimai təhlükəsizliyə birbaşa zərər riski daşıdığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməyimizə səbəb olan
Şəxsi və ya ictimai təhlükəsizliyə birbaşa zərər riski daşıdığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməyimizə səbəb olan zərər ehtiva edərək İcma standartlarımızı pozan
Aldadıcı və ya təhlükəli biznes zərərləri ehtiva edərək Reklam standartlarımızı pozan
Pozuntuya yol verən məzmun paylaşmaqla və (və ya) pozuntuya yol verən şəxs və ya biznes aktivlərini idarə edərək davamlı şəkildə İcma standartlarımızı pozan
Davamlı şəkildə Reklam standartlarımızı pozan
Aydın pozucu məqsəd göstəricisi ehtiva edən fəaliyyət və ya davranış nümayiş etdirən
Aşağıdakı hesabları, digər şəxsləri (səhifələr, qruplar, tədbirlər) və biznes aktivlərini (Biznes menecerləri, reklam hesabları) məhdudlaşdıra və ya deaktiv edə bilərik:
Hesabı deaktiv edilmiş insan və ya şəxsə məxsus olan
Əvvəl silinmiş hesab və ya müəssisələrlə ümumi sahiblik və ya məzmuna malik hesab kimi qiymətləndirilənlər daxil olmaqla, əvvəlki hesab və ya şəxsin silinməsi qərarından yayınmaq üçün yaradılmış və ya təyinatı dəyişdirilmiş
Hər hansı hesabı bloklamış istifadəçi ilə əlaqə yaratmaq üçün yaradılmış
Tədbirlərimizdən və ya dəyərləndirmə prosesimizdən yayınmaq üçün istifadə edilmiş
Aşağıdakıları nümayiş etdirən hesabları, digər şəxsləri (səhifələr, qruplar, tədbirlər) və biznes aktivlərini (Biznes menecerləri, reklam hesabları) məhdudlaşdıra və ya deaktiv edə bilərik:
Siyasətlərimizi pozan və ya onlara riayət etməkdən yayınan hesablar şəbəkəsi və ya digər şəxslərlə yaxından əlaqə
Siyasətlərimizi davamlı və ya aşkar şəkildə pozan hesablar şəbəkəsi və ya digər şəxslərlə koordinasiya
Hesablar şəbəkəsi vasitəsilə aydın pozucu məqsəd göstəricisi ehtiva edən fəaliyyət və ya davranış
Aşağıdakılar daxil olmaqla platformamıza zərərlə nəticələnə biləcək platformadan kənar fəaliyyətlə məşğul hesabları, digər şəxsləri (səhifələr, qruplar, tədbirlər) və biznes aktivlərini (Biznes menecerləri, reklam hesabları) məhdudlaşdırmaq və ya deaktiv etmək üçün çalışacağıq:
Seksual xarakterli cinayət törədilməsinə, uşaqların və ya böyüklərin cinsi istismarı ilə əlaqədar cinayətə görə məhkum edilmiş şəxsə məxsus olan
Müəyyən edilmiş şəxsə məxsus olan və ya onun adından idarə edilən
Tənzimləyici qanunvericilik çərçivəsində məhsul, xidmət və ya proqram təminatlarımızı almaq hüququna malik olmayan
Aşağıdakı hallarda sahiblik və (və ya) icazə verilən fəaliyyəti dəqiqləşdirmək üçün hesab haqqında əlavə məlumat tələb edə bilərik:
Başqasının əlinə keçən hesablar
Skript kimi avtomatlaşdırılmış vasitələrlə hesab və ya digər şəxsi yaradan və ya ondan istifadə edən (skript icazə verilmiş marşrutlardan qaynaqlanırsa və digər formada siyasətlərimizi pozmursa, istisna təşkil edir)
Uzun müddət istifadə edilməmiş boş hesablar