Meta olaraq insanlara səslərini eşitdirmək imkanı vermək və onların təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiqik.
2016-cı ildən etibarən biz Meta texnologiyaları üzrə məzmunu idarə etmək üçün «sil, azalt, məlumatlandır» strategiyasını istifadə edirik.
Bu o deməkdir ki, biz siyasətlərimizə zidd olan zərərli məzmunu silir, siyasətlərimizə zidd olmayan problemli məzmunun yayılmasını azaldır və insanları nəyə klikləmək, nəyi oxumaq və paylaşmaq haqqında qərar verə bilmələri üçün əlavə kontekstlə məlumatlandırırıq.
Bu strategiyanın reallaşdırılması üçün texnologiyalarımızda nəyə icazə verilib-verilməməsini təsvir edən siyasətlərimiz var. Komandalarımız siyasətlərimizi işləyib-hazırlamaq və onları icra etmək üçün birlikdə çalışır. İş prinsipi aşağıda təqdim edilir.
1
Siyasətlərimizi formalaşdırmaq və yeniləmək üçün texnologiya, ictimai təhlükəsizlik və insan hüquqları sahələrində qlobal ekspertlərlə əməkdaşlıq edirik.
2
İnsanların məzmundan şikayət edə və hesabları bloklaya, gizlədə və ya izləmədən çıxara bilməsi üçün təhlükəsizlik funksiyaları hazırlayırıq.
3
Siyasətlərimizi texnologiyalar və insan tərəfindən dəyərləndirmənin köməyi ilə tətbiq edirik.
Biz insanların təhlükəsizliyini təmin edir, siyasətlərimizi, onların icrası və şəffaflıq hesabatlarımızı paylaşmaqla üzərimizə məsuliyyət götürürük.
Siyasətlərimiz
Siyasətlərimiz Meta texnologiyalarında nələrə icazə verilib-verilməməsini müəyyən edir. Məzmun, siyasətlərimizə zidd olduğu halda onunla bağlı tədbir görürük.
İcraatımız
Hər gün Facebook və Instagram-da milyonlarla məzmun vahidini aşkar etmək, dəyərləndirmək və onlarla bağlı tədbir görmək üçün texnologiyalar və dəyərləndirmə komandalarımızdan istifadə edirik.
Şəffaflıq hesabatlarımız
İnsanlara siyasətlərimizi tətbiq etmək səylərimizi göstərmək üçün müntəzəm olaraq şəffaflıq haqqında hesabatlar dərc edirik.
Reytinqin izah edilməsi ilə bağlı yanaşmamız
Süni intellekt sistemləri Meta məhsullarında bir çox təcrübələrlə bağlı (məs., Facebook Lentinə baxış, Instagram-da videoçarxlara baxış və ya Facebook Marketplace-də axtarış zamanı) məzmunun reytinqini müəyyən edir.
Son yenilənmələr